2019-cu ilin yanvar-dekabr aylarında Astara rayonunda 6 milyon 855,5 min manat məbləğində 9 tender keçirilib.
Eləcə də bax: Lənkəranda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Astara rayonunda icra hakimiyyəti və Astara Pedoqoji Kolleci satınalmalar həyata keçirib. Keçirilən tenderlərin ümumi məbləğinin 58,9 min manatı kollecin, 6,8 milyon manatı icra hakimiyyətinin tenderlərinin payına düşür.
Eləcə də bax: Masallıda tenderdən ən çox pul qazanan şirkət məlum oldu – SİYAHI, MƏBLƏĞLƏR
Astara rayon İcra Hakimiyyətinin ən böyük məbləğli tenderlərini "46 №-li Yol İstismarı" MMC, "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti qazanıb. "46 №-li Yol İstismarı" MMC 4,2 milyon manatlıq 1, "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti 2,5 milyon manatlıq 2 tenderin qalibi olub.