Azərbaycan Respublikasının Mərkəzi Bankı “Mərkəzi Bankda istismarda olan CMS sisteminin növbəti dövr ərzində dəstəklənməsi xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
AMB 1 milyonluq İT lisenziyaları aldı - QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderin qalibi “PEC NV” olub.
Qalib şirkətlə 312 940 manat məbləğində müqavilə imzalanıb.
Tenderin qalibi olan xarici şirkət 1984-cü ildə yaradılıb, hazırda Belçika, Almaniya, Macarıstan, ABŞ, Çin və Yaponiyada layihə idarəetmə qrupları texnoloji sahələr üzrə xidmətlər təklif edir. Baş ofis Belçikanın Leuven şəhərində yerləşir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.