Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına daha bir şirkət əlavə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «Ricon» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Rəsmi məlumata görə, buna səbəb - «Ricon» MMC-nin tenderdə udduğu sifariş üzrə müqavilənin icrasından imtina etməsi olub. Nəticədə onun dövlət satınalmalarında iştirakı 1,5 illiyə, yəni 2027-ci ilin iyul ayının 26-a qədər qadağan edilib.
Xatırladaq ki, «Ricon» MMC Azərbaycanda xüsusilə tikinti sahəsində ən çox dövlət sifarişi alan şirkətlərdəndir. Şirkət ölkənin müxtəlif bölgələrində ayrı-ayrı dövlət qurumlarının tenderlərini, o cümlədən azad edilmiş ərazilərdəki tenderləri tez-tez qazanıb. Bu tendjerlər çərçivəsində şirkətin təkcə son 2 ildə əldə etdiyi sifarişlərin ümumi həcmi 40 milyon manatı keçib.
Belə ki, «Ricon» MMC ötən il Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzi PHŞ ilə Ağdam rayonu, Şahbulaq kəndi ərazisində "Şahbulaq qalası"nın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması ilə bağlı dəyəri 3 milyon 530 min manat olan satınalma müqaviləsi bağlayıb. 2025-ci ildə şirkət Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 10 saylı Lənkaran Ərazi idarəsi ilə dəyəri 749 min 449 manat olan satınalma müqaviləsi də bağlayıb. Müqaviləyə görə, MMC Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran ərazisinin idarə binasında təmir və yenidənqurma işləri həyata keçirib.
Yəni təkcə 2025-ci ildə MMC iki tenderin qalibi olaraq 4 milyon 280 min manat dəyərində müqavilələr bağlayıb.
Həmçinin bu şirkət 2024-cü ildə də 7 müxtəlif tenderin qalibi olub. Şirkət 36 milyon 573 min manat dəyərində satınalma müqavilələri bağlayıb. 2024-cü ildə Dövlət Turizm Agentliyinin Daşaltı kənd turizm infrastrukturunun yaradılması tenderinin qalibi olub və 3 milyon 608 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.
Bununla yanaşı, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən keçirilən Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 2-ci məhəllə üzrə 92 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı) 4 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikinti işlərinin satın alınması ilə bağlı tenderin qalibi olub. Dövlət qurumu ilə şirkət arasında 12 milyon manat dəyəri olan satınalma müqaviləsi bağlanıb.
Şirkətin udduğu ən böyük tender isə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yeni inzibati binasının tikintisi”dir – 13,5 milyon manat.
“Ricon” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ildə “MIDA” MMC tərəfindən keçirilən Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində tikilmiş yaşayış kompleksində baş plan üzrə yollar, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satın alınması ilə bağlı tenderin də qalibi olub və tərəflər arasında 1 milyon 995 min manat dəyərində müqavilə bağlanıb.
Qeyd edək ki, “Ricon” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğlu olan şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir.
Xatırladaq ki, son aylar “RİCON” MMC-nin problemləri başlamışdı. Şirkətin Qarabağdakı layihələrində çalışan işçiləri əmək haqlarını alabilmədiklərini bildirirdilər: "RİCON” MMC bizi Qarabağda aylardır işlədib pulumuzu vermir”.
"Ricon" MMC tikinti şirkəti işçisinin maaşını niyə vermir? - VİDEO
Həmin şirkətdə çalışmış Vüsal Nəcəfov bildirmişdi ki, təxminən 200-ə yaxın işçi bir ildir maaşlarının veriləcəyi günü gözləyir: “2023-cü ildən “RİCON” MMC-də Füzuli rayonunun abadlaşdırılmasında iştirak etmişik. 2024-cü ilin iyun ayında Cəbrayıl layihəsində çalışmışıq. Həmin ilin noyabr ayınadək maaşımızı bir az tez-bir az gec aldıq. 2025-ci ilin fevralınadək bizim 3 aylıq əməkhaqqımız ödənilməyib.
MMC-nin 2024-2025-ci illərdə qalibi olduğu tenderlər aşağıdakılardır:
|
2025 |
||
|
|
||
|
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Layihənin dəyəri |
|
Dövlət Turizm Agentliyinin Qoruqlari İdarəetmə Mərkəzi PHŞ |
Turizm Turizmin Qoruqları Dövlət İdarəetmə Mərkəzi ilə Ağdam rayonu, Şahbulaq kəndi ərazisində "Şahbulaq qalası" nın bərpası və Agentliyi ətrafında turizm infrastrukturunun qurulması |
3 530 197 AZN |
|
Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 10 Sayli Lənkəran Ərazi İdarəsi |
"Daş Əmlakın Dövlət Dəstəyi və Reyestri" publik hüquqi şəxsin 10 saylı Lənkəran ərazisinin idarə binasında təmir və yenidənqurma işləri |
749 449 AZN |
|
2024 |
||
|
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Layihənin dəyəri |
|
Dövlət Turizm Agentliyi |
Lahıc qəsəbəsində isə “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması |
1 336 378 AZN |
|
Dövlət Turizm Agentliyi |
Daşaltı kənd turizm infrastrukturunun yaradılması |
3 607 759 AZN |
|
"Tikilməkdə olan obyektlərin müdiriyyəti" PHŞ |
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yeni inzibati binasının tikintisi” – (mövcud işin davamı)” |
13 551 318 AZN |
|
Azərbaycan Respublikasinin Prezidenti Yanında Ali Attestasiya Komissiyasi |
Tikintisi başa çatdırılmayan idarə binanın təmir-tikinti işləri |
3 748 920 AZN |
|
Qaçqinlarin və Məcburi Köçkünlərin Işləri Üzrə Dövlət Komitəsi, Mənzil İstismar Departamenti |
Bakı və Gəncə şəhərləri, Abşeron, Biləsuvar, Tərtər, Hacıqabul və Sabirabad rayonları daxilində salınmış məcburi köçkün qəsəbələrinin fərdi yaşayış evləri və mənzil təmiri işləri. |
284.500 AZN |
|
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ |
Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 2-ci məhəllə üzrə 92 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 4 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikinti işlərinin satın alınması |
12 049 271 AZN |
|
"MİDA" MM |
Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində tikilmiş yaşayış kompleksində baş plan üzrə yollar, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satın alınması |
1 995 005 AZN |











