2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 74 milyon 732 min dollar dəyərində 60 min 148 ton pomidor ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 565 min dollar və ya 5%, miqdar ifadəsilə 7 min 973 ton və ya 15,3% artıb.
2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 71 milyon 167 min dollar dəyərində 52 min 175 ton pomidor ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.85%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,99%-i pomidorun payına düşüb.
Hesabat dövründə 1 kq pomidorun orta ixrac qiyməti 2,11 manat olub ki, bu da illik 21 qəpik (8,9%) aşağıdır
Ötən ilin 4 ayının nəticələrinə əsasən 1 kq pomidorun orta ixrac dəyəri 2,32 manat olub.