2025-ci ilin yanvar-aprel ayında Azərbaycandan 32 milyon 946 min dollar dəyərində 45 min 835 ton xurma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 166 min dollar və ya 18,6%, miqdar ifadəsilə 10 min 473 ton və ya 29,6% artıb.
2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 27 milyon 781 min dollar dəyərində 35 min 363 ton xurma ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.38%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,08%-i xurmanın payına düşüb.
Hesabat dövründə 1 kq xurmanın orta ixrac qiyməti 1,22 manat olub ki, bu da illik 11 qəpik (8,5%) aşağıdır
Ötən ilin 4 ayının nəticələrinə əsasən 1 kq xurmanın orta ixrac dəyəri 1,34 manat olub.