2025-ci ilin yanvar-fevral ayında Azərbaycandan 13 milyon 571 min dollar dəyərində 20 min 674 ton alma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 467 min dollar və ya 12%, miqdar ifadəsilə 2 min 339 ton və ya 13% artıb.
2024-cü ilin yanvar-fevral aylarında isə Azərbaycandan 12 milyon 104 min dollar dəyərində 18 min 335 ton alma ixrac olunmuşdu.
Bu dövrdə ümumi ixracın 0.28%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,80%-i almanın payına düşüb.
Hesabat dövründə 1 kq almanın orta ixrac qiyməti 1,12 manat olub ki, bu da illik müqayisədə demək olar ki. dəyişməyib.