Bu ilin yanvar-fevral aylarında Azərbaycana 8 milyon 499 min ABŞ dolları 35 min 319 ton qarğıdalı idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki.
İdxal göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 24 min 443 ton (3,2 dəfə), dəyər baxımından isə 5 milyon 253 min ABŞ dolları (2,6 dəfə) çoxdur.
Ötən ilin yanvar-fevral aylarında Azərbaycana 3 milyon 246 min ABŞ dolları 10 min 887 ton qarğıdalı idxal edilmişdi.
1 kq qarğıdalının orta idxal dəyəri 2 ayın nəticələrinə görə 41 qəpik olub ki, bu da illik müqayisədə 10 qəpik (19,3%) aşağıdır.
Ötən ilin müvafiq dövründə bu göstərici 51 qəpik olub.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.