2024-cü ildə Azərbaycan xaricə 68 milyon 638 min dollar dəyərində 56 min 404 ton şaftalı ixrac edib.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
İxrac 2023-cü illə müqayisədə dəyər ifadəsilə 17 milyon 202 min dollar və ya 33,4%, miqdar ifadəsilə 11 min 226 ton və ya 24,8% artıb.
2023-cü ildə Azərbaycandan 51 milyon 436 min dollar dəyərində 45 min 178 ton şaftalı ixrac edilmişdi.
Hesabat dövründə 1 kq şaftalının orta ixrac qiyməti 2,07 manat təşkil edib ki, bu da illik müqayisədə 13 qəpik (6,9%) çoxdur.
Qeyd edək ki, 2023-cü ilin yekun nəticələrinə görə 1 kq şaftalının orta ixrac qiyməti 1,94 manat idi.