2024-cü ildə Azərbaycan xaricə 2 milyon 685 min dollar dəyərində 2 min 216 ton ərik ixrac edib.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
İxrac 2023-cü illə müqayisədə dəyər ifadəsilə 2 milyon 260 min dollar və ya 45,7%, miqdar ifadəsilə 2 min 539 ton və ya 53,4% azalıb.
2023-cü ildə Azərbaycandan 4 milyon 945 min dollar dəyərində 4 min 754 ton ərik ixrac edilmişdi.
Hesabat dövründə 1 kq əriyin orta ixrac qiyməti 2,06 manat təşkil edib ki, bu da illik müqayisədə 29 qəpik (16,5%) çoxdur.
Qeyd edək ki, 2023-cü ilin yekun nəticələrinə görə 1 kq əriyin orta ixrac qiyməti 1,77 manat idi.