2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda qida məhsullarının istehsalında ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artım qeydə alınıb.
Stolüstü kompüter istehsalı 4 dəfəyə yaxın artıb - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu artım xüsusilə makaron məmulatlarının istehsalında əksini tapıb. Hesabat dövründə makaron istehsalı 2,3 dəfə artaraq 3704,4 tona çatıb.
Qida sənayesində ümumi artım müşahidə olunsa da, digər sahələrdə fərqli dinamika qeydə alınıb. Belə ki, içki istehsalında cüzi – 0,9 faiz artım, tütün məmulatlarının istehsalında isə 3,1 faiz azalma baş verib. Bununla yanaşı, viski və brendi istehsalı 28,5 faiz, araq istehsalı 7,1 faiz, duru bitki yağlarının istehsalı isə 2,9 faiz artıb. Lakin bu sahələrdəki artım tempinə baxmayaraq, makaron istehsalındakı sıçrayış digər məhsulları arxada qoyub.
2025-ci il aprelin 1-nə olan məlumata əsasən, hazır makaron ehtiyatı cəmi 28 ton təşkil edir ki, bu da bazarda məhsula olan yüksək tələbatı və istehsalın sürətlə satışa yönəldiyini göstərir.
Əgər bu tendensiya davam edərsə, makaron istehsalı ölkənin qida sənayesində əsas mövqelərdən birini tuta bilər.