Bu ilin ilk 11 ayında Azərbaycandan 28,3 milyon dollar həcmində 71,1 min ton kartof ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8,1 milyon dollar və ya 40%, miqdar ifadəsilə isə 22,8 min ton, başqa sözlə 47,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 20,2 milyon dollar dəyərində 48,3 min ton kartof ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 68 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 71 qəpik idi. Bu da illik müqayisədə 3 qəpik və ya 4,2% ucuzlaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,12%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,85%-i kartofun payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,08% və 0,66% olmuşdu.











