Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan son 15 ilin rekord həddində - 58,05 milyon ABŞ dolları dəyərində 17 min 493 ton mal-qara ixrac edib.
Gürcüstandan Azərbaycana heyvan idxalına məhdudiyyət qoyulacaq
FED.az xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan mal-qaranın dəyəri 54,5 %, həcmi isə 34,3 % artıb.
İxrac bazarlarında əsas ölkələr İraq və Azərbaycan olub. Belə ki, İraqa 36,8 milyon ABŞ dolları dəyərində 11 283 ton, Azərbaycana isə 21,2 milyon ABŞ dolları dəyərində 6 210 ton mal-qara göndərilib.
Xatırladaq ki, 2019-cu ildən Gürcüstandan çəkisi 140 kiloqrama qədər olan mal-qaranın ixracına qadağa qoyulmuşdu. Daha sonra bu məhdudiyyət 160 kiloqrama qədər artırılmışdı. Qadağanın məqsədi yerli ət istehsalını və mal-qara bazasını qorumaq idi. Bununla belə, "Azadlıq İnstitutu" və Kvemo Kvalone bölgəsinin fermerləri qərardan Konstitusiya Məhkəməsinə müraciət etmiş və 2024-cü ilin dekabrında iddianı udmuşdular. Nəticədə bu il aprelin 1-dən istənilən çəkidə mal-qaranın ixracına yenidən icazə verilib. (Report)