2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan dəyəri 72 milyon 194 min dollar həcmində 11 min 943 ton fındıq ixracı baş tutub.
Azərbaycan pomidor ixracından 9 ayda 139 milyon dollardan çox qazanıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8 milyon 47 min dollar və ya 10%, miqdar ifadəsilə 4 min 247 ton, başqa sözlə 26,2% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 9 ayında isə Azərbaycandan 80 milyon 842 min dollar dəyərində 16 min 190 ton fındıq ixrac olunmuşdu.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 10 manat 36 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 8 manat 48 qəpik idi. Bu da illik müqayisə ilə 1 manat 87 qəpik və ya 22,1% artım deməkdir.
Bu il ümumi ixracının 0,37%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,95%-i fındığın payına düşüb.