2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 116 min 987 ton pomidor ixrac olunub. İxrac dəyəri isə nə az, nə çox 139 milyon 583 min manat təşkil edib.
Azərbaycanın kartof ixracından gəliri 32% azalıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 15 milyon 289 min dollar və ya 12,3%, miqdar ifadəsilə 4 min 916 ton, başqa sözlə 4,4% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 9 ayında isə Azərbaycandan 124 milyon 294 min dollar dəyərində 112 min 71 ton pomidor ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi pomidorun 1 kiloqramının orta ixrac qiyməti 2 manat 2 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 88 qəpik idi. Bu da illik müqayisə ilə 14 qəpik və ya 7,6% artım deməkdir.
Bu il ümumi ixracının 0.70%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,66%-i pomidorun payına düşüb.