2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 28 898,4 ton duru bitki yağı istehsal olunub.
Şəkər istehsalı bir ildə 52 min ton artdı
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 057,8 ton azdır. Beləliklə, istehsal həcmində 3,5 faiz azalma qeydə alınıb. 2024-cü ilin yanvar-sentyabr aylarında isə duru bitki yağı istehsalı 29 956,2 ton təşkil etmiş və əvvəlki illə müqayisədə 7,6 faiz artım qeydə alınmışdı.
Hazır məhsul ehtiyatı da illik müqayisədə azalaraq 2 705,7 tondan 1 459,2 tona düşüb yəni 1 246,5 ton azalma baş verib.