2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 291,2 min ton şəkər və qənd istehsal olunub.
Tütün istehsalı üç dəfədən çox azalıb
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 51,8 min ton çoxdur. Beləliklə, istehsal həcmi 21,6 faiz artıb.
2024-cü ildə isə istehsal 239,4 min ton təşkil etmiş və əvvəlki illə müqayisədə 8,7 faiz azalma qeydə alınmışdı. Hazır məhsul ehtiyatı da əhəmiyyətli şəkildə artaraq 7,3 min tondan 21,8 min tona yüksəlib, yəni 14,5 min ton çoxalıb.