2024-cü ildə Azərbaycandan 128 milyon 885 min dollar dəyərində 20 min 169 ton fındıq ixrac edilib.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
Məlumata əsasən Azərbaycandan fındıq ixracı 2023-cü illə müqayisədə dəyər ifadəsilə 5 milyon 749 min dollar və ya 4,7% artıb, miqdar ifadəsilə 3 min 228 ton və ya 13,8% azalıb.
2023-cü ildə Azərbaycandan 123 milyon 136 min dollar dəyərində 23 min 397 ton fındıq ixrac edilmişdi.
Hesabat dövründə fındıq ixracı Azərbaycanın ümumi ixracında 0,49%, qeyri-neft sektoru üzrə ixracında isə 3,84% paya malik olub.
Hesabat dövründə fındığın 1 kiloqramının orta ixrac qiyməti 10,86 manat təşkil edib ki, bu da illik müqayisədə 1,92 manat və ya 21,4% çoxdur.