2024-cü ildə Azərbaycandan 175 milyon 430 min dollar dəyərində 145 min 603 ton pomidor ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13 milyon 447 min dollar və ya 8,3%, miqdar ifadəsilə 5 min 15 ton və ya 4% artıb.
2023-cü ildə isə Azərbaycandan 161 milyon 984 min dollar dəyərində 140 588 ton pomidor ixrac olunmuşdu.
2024-cü ildə ümumi ixracın 0.66%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5.23%-i pomidorun payına düşüb.
Hesabat ilində 1 kq pomidorun orta ixrac qiyməti 2,05 manat olub ki, bu da illik müqayisədə 9 qəpik (4,6%) artım deməkdir. 2023-cü ildə 1 kq pomidorun orta ixrac qiyməti 1,96 manat idi.