2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan 178 milyon 165 min dollar dəyərində 119 min 859 ton pambıq lifi ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 55 milyon 455 min dollar və ya 45,2% miqdar ifadəsilə 49 min 647 ton və ya 70,7% artıb.
2023-cü il ərzində isə Azərbaycandan 122 milyon 709 min dollar dəyərində 70 min 212 ton pambıq lifi ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2,53 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,98 manat idi (illik 44 qəpik və ya 14,9% ucuzlaşma).
Bu il ümumi ixracın 0,67%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,31%-i pambıq lifinin payına düşüb.