2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan 61 milyon 900 min dollar dəyərində 97 min 786 ton alma ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 655 min dollar və ya 8%, miqdar ifadəsilə 6 min 557 ton, başqa sözlə 7% artıb.
2023-cü il də isə Azərbaycandan 57 milyon 246 min dollar dəyərində 91 min 229 ton alma ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1,08 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,07 manat idi. Bu da illik müqayisə ilə 1 qəpik və ya 0,9% artım deməkdir.
Ötən il ümumi ixracın 0.23%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,84%-i almanın payına düşüb.