2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan 5 milyon 569 min dollar həcmində 6 min 268 ton nar ixrac edilib.
Azərbaycan almanı xaricə neçəyə ixrac edir? - QİYMƏT AÇIQLANDI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 750 min dollar və ya 46%, miqdar ifadəsilə 1 min 750 ton, başqa sözlə 21,8% azalıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan 10 milyon 320 min dollar dəyərində 8 min 18 ton nar ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 51 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 18 qəpik idi. Bu da illik müqayisə ilə 67 qəpik və ya 31% azalma deməkdir.
Bu il ümumi ixracının 0,03%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,23%-i narın payına düşüb.