2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 724,3 min dollar dəyərində 764 ton üzüm ixrac olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Üzüm ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 177,8 min dollar və ya 19,7%, miqdar ifadəsilə 131 ton və ya 14,7% azalıb.
2023-cü ilin ilk 7 ayında isə Azərbaycandan 902 min dollar dəyərində 895 ton üzüm ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi üzümün 1 kiloqramının orta ixrac qiyməti 1,61 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,7. manat idi. Bu illik müqayisədə 10 qəpik və ya 5,9% ucuzlaşma deməkdir.