Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 4 milyon 18 min dollar dəyərində 8 min 437 ton qarpız ixrac olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qarpız ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 399,5 min dollar və ya 9%, miqdar ifadəsilə 1 299 ton və ya 13,3% azalıb.
Hesabat dövründə ən çox qarpız Rusiyaya (5 279 ton), ən az isə Səudiyyə Ərəbistanına (6 ton) satılıb.
Azərbaycandan 7 ay ərzində Belarus 622 ton, Ukrayna 1 562 ton, Gürcüstan 843 ton, Estoniya isə 123 ton qarpız.
Hesabat dövründə qarpızın ən aşağı orta ixrac qiyməti Belarus üçün 49 qəpik, ən baha isə Səduiyyə Ərəbistanı üçün 17 manat 14 qəpiyə başa gəlib.
|
Miqdar, ton |
Məbləğ (dollar) |
1 kq orta qiymət dollar) |
1 kq, orta qiymət manat) |
|
S/n |
Ölkə |
8 437 |
4 018 200 |
0,48 |
0,81 |
1 |
Belarus |
622 |
179 940 |
0,29 |
0,49 |
2 |
Rusiya |
5 279 |
2 796 570 |
0,53 |
0,90 |
3 |
Ukrayna |
1 562 |
684 640 |
0,44 |
0,75 |
4 |
Gürcüstan |
843 |
252 990 |
0,30 |
0,51 |
5 |
Səudiyyə Ərəbistanı |
6 |
62 500 |
10,08 |
17,14 |
6 |
Estoniya |
123 |
41 560 |
0,34 |
0,57 |