2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan ixrac dəyəri 34 milyon 332 min dollar olan 53 min 36 ton həcmində alma ixracı baş tutub.
Fındıq ixracı gəlirləri artıb - ORTA İXRAC QİYMƏTİNDƏ 22,1% ARTIM
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 106 min 440 dollar və ya 0,3%, miqdar ifadəsilə 1 min 151 ton, başqa sözlə 2,1% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 9 ayında isə Azərbaycandan 34 milyon 438 min dollar dəyərində 54 min 187 ton alma ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 10 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu göstərici 1 manat 8 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 1,9% artım deməkdir.
Bu il ümumi ixracının 0,17%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,39%-i almanın payına düşüb.