2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 9 milyon 880 min dollar dəyərində 292 ton şəkər ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 461 min dollar və ya 25,9%, miqdar ifadəsilə 5 min 454 ton və ya 29,4% aşağı düşüb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 13 milyon 340 min dollar dəyərində 18 min 581 ton şəkər ixrac olunmuşdu.
1 kq şəkərin orta ixrac qiyməti 2024-cü ilin beş ayında 12,80 manata başa gəlib ki, bu da illik müqayisədə 0,59 manat (4,8%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə şəkərin orta ixrac qiyməti 12,21 manata başa gəlib.