2025-ci ilin yanvar-aprel ayında Azərbaycandan dəyəri 17 milyon 7 min dollar həcmində 262 min 22 ton sement ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 milyon 552 min dollar və ya 26,4%, miqdar ifadəsində isə 39 min 514 ton, başqa sözlə, 17,8% artıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında isə Azərbaycandan 13 milyon 456 min dollar dəyərində 222 min 507 ton sement ixrac edilmişdi.
Qeyd edək ötən il əzində ixrac edilən sementin 1 kiloqramının orta ixrac dəyəri 11 qəpik olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 qəpik idi. Bu da illik müqayisədə 1 qəpik və ya 73 % artım deməkdir.
Bu il ümumi ixracının 0,19%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,59%-ü sementin payına düşüb.