2025-ci ilin yanvar-aprel aylarına görə, Azərbaycan xarici ölkələrə 9 milyon 293 min dollar dəyərində 13 min 668 ton şəkər ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 1 milyon 903 dollar (25,8%), həcmi isə 3 min 880 ton (39,6%) artıb.
2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycan xarici ölkələrə 7 milyon 390 min dollar dəyərində 9 min 788 ton şəkər ixrac edilib.
Hesabat dövrü ərzində 1 kq şəkərin orta ixrac qiyməti 1,16 manata bərabər olub ki, bu da illik müqyaisədə 13 qəpik (9,9%) azalıb.
İl ərzində şəkərin ümumi ixracda xüsusi çəkisi 0,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,87 faizə bərabər olub.
Hesabat dövründə Azərbaycanda 85.1 min ton şəkər, qənd istehsal edilib.
Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,8 min ton və ya 59.7% artımdır.
2024-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 113,5 min ton şəkər, qənd istehsal edilib.
01 may 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 5.7 min ton təşkil edib ki, bu da illik 107,8 min ton və ya 19,9 dəfə azdır.
01 may 2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 113,5 min ton təşkil edib