2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 1 milyon 410 min ABŞ dolları dəyərində 2 min 559 ton xiyar idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 210 min dollar və ya 17,5%, miqdar baxımından isə 382 ton və ya 17,5% çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında 1 milyon 198 min dollar dəyərində 2 177 ton xiyar idxal edilib.
1 kq xiyarın orta idxal qiyməti hesabat dövründə 94 qəpiyə başa gəlib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 677,3 min ABŞ dolları dəyərində 837 ton xiyar ixrac edib. Bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 33 min dollar və ya 2,5 dəfə, miqdar baxımından isə 466 ton və ya 35,8% çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında 1 milyon 710 min dollar dəyərində 1 303 ton xiyar ixrac edilib.
1 kq xiyarın orta ixrac qiyməti hesabat dövründə 1 manat 38 qəpiyə başa gəlib ki. bu da illik müqayisədə 86 qəpik (38,3%) azdır. Ötən ilin 4 ayının nəticələrinə görə orta ixrac qiyməti 2 manat 23 qəpik təşkil edib.