2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Türkmənistandan 304,9 min ABŞ dolları dəyərində 548 ton pomidor idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 244,6 min dollar və ya 5,1 dəfə, miqdar baxımından isə 439 ton və ya 5 dəfə çoxdur.
2023-cü ilin yanvar-aprel aylarında 60,2 min dollar dəyərində 110 ton pomidor gətirilmişdi. Bu dövrdə Türkmənistandan Azərbaycana idxal edilən pomidorun 1 kiloqramının idxal qiyməti 0,95 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 0,94 manat idi.
Qeyd edək ki, Azərbaycan özü də iri pomidor ixracçısıdır və xaricə böyük həcmdə pomidor ixrac edir. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 71 milyon 167 min dollar dəyərində 52 min 175 ton pomidor ixrac olunub.
Yəni, xaricə satılan pomidorun 1 kiloqramının ixrac qiyməti 2,31 manat təşkil edib.
Başqa sözlə, Azərbaycanın xaricə satdığı pomidorun qiyməti xaricdən alınan pomidordan təqribən 3 dəfə bahadır.