Azərbaycandan bu ilin yanvar-avqust aylarında Rusiyaya 139 min 217 ton pomidor ixrac edilib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiyaya ixrac edilmiş pomidorun dəyəri isə təxminən 149,8 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 23 min 865 ton (20,7%), dəyərində isə 13,5 milyon dollar (9,9%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Rusiyaya 136,3 milyon dollar dəyərində 115 min 352 ton tomat ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Rusiyaya ixrac edilmiş tomatın orta hesabla 1 tonunun dəyəri 1 829 manat (1 kq-1,82 manat) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 180 manat (18 qəpik) başqa sözlə 9% azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 2 009 manata (1 kq -2 manat) bərabər olub.