Bu ilin yanvar-mart aylarında Azərbaycan Perudan 305,5 min ABŞ dolları dəyərinə 90,9 ton avokado idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 16 ton və ya 21,4%, dəyər baxımından isə 78,8 min ABŞ dolları və ya 34,8% çoxdur.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan həmin ölkədən 226,6 min ABŞ dolları dəyərində 74,9 ton avokado idxal edib.
Hesabat dövründə 1 kq avokadonun orta idxal qiyməti 5,71 manata bərabər olub ki, bu da illik 0,57 manat və ya 11% çoxdur.
Ötən ilin müvafiq dövründə isə bu rəqəm 5,14 manata bərabər olub.