2025-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycana ümumi dəyəri 2 milyon 718 min dollar olan 917 ton təzə və ya qurudulmuş avokado idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avokado idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 536 min dollar və ya 24,6%, miqdar ifadəsilə isə 86 ton, başqa sözlə 10,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 2 milyon 182 min dollar dəyərində 832 ton avokado gətirilmişdi.
Bu ilin nəticələrinə görə ölkəyə idxal olunan avokadonun 1 kiloqramının orta idxal qiyməti 2,96 dollar (təxminən 5 manat 3 qəpik) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 2,62 dollar (təxminən 4 manat 45 qəpik) idi. Bu da illik müqayisədə 0,34 dollar (58 qəpik) və ya 13% bahalaşma deməkdir.
İdxalın əsas hissəsi (dəyərcə 40,5%) bir ölkənin - Perunun payına düşüb.












