Bu ilin ilk 10 ayında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 3 milyon 463 min dollar dəyərində 54 milyon 528 min ədəd yumurta ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, BƏƏ-yə yumurta ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 564 min dollar və ya 82,3%, miqdar ifadəsilə isə 30 milyon 120 min ədəd, başqa sözlə 2,2 dəfə artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində BƏƏ-yə 1 milyon 900 min dollar dəyərində 24 milyon 408 min ədəd yumurta ixrac olunmuşdu.
Bu il BƏƏ-yə ixrac edilən bir ədəd yumurtanın orta qiyməti 10,8 qəpik (6,4 sent) olub. Ötən il isə bu rəqəm 13,2 qəpik (7,8 sent) idi ki, bu da 18,2% ucuzlaşma deməkdir.










