2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan ixrac dəyəri 42 milyon 637 min dollar olan 66 min 874 ton alma ixrac edilib.
Fındıq ixracı gəlirləri artıb - ORTA İXRAC QİYMƏTİNDƏ 22,1% ARTIM
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 469 min dollar və ya 3,6%, miqdar ifadəsilə 1 455 ton, başqa sözlə 2,2% artıbb.
Xatırladaq ki, 2023-cü ilin 10 ayında isə Azərbaycandan 41 milyon 170 min dollar dəyərində 65 min 419 ton alma ixrac olunmuşdu.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 8 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu göstərici 1 manat 7 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 1,9% artım deməkdir.
Bu il ümumi ixracının 0,19%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,52%-i almanın payına düşüb.