2024-cü ilin yanvar-iyun ayında Azərbaycandan 2 milyon 703 min dollar dəyərində 5 min 702 ton qarpız ixrac olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qarpız ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 100 min dollar və ya 28,9%, miqdar ifadəsilə 1 823 ton və ya 24,2% azalıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 3 milyon 803 min dollar dəyərində 7 min 526 ton qarpız ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi qarpızın 1 kiloqramının orta ixrac qiyməti 81 qəpik olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 86 manat idi. Bu illik müqayisədə 6 qəpik və ya 6,2% ucuzlaşma deməkdir.