2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 22 milyon 756 min dollar dəyərində 34 min 14 ton alma ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 204,8 min dollar və ya 1% artıb, miqdar ifadəsilə 632 ton və ya 2% azalıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 22 milyon 551 min dollar dəyərində 34 min 777 ton alma ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1,13 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,10 manat idi.
Bu il ümumi ixracının 0,18%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,43%-i almanın payına düşüb.