Bu gün dövlət qurumlarında maraqlı proseslər gedir.
Eləcə də bax: Azərbaycan biznesində - 7 NÖV PEŞƏKAR VAR – FƏXRİ AĞAYEV YAZIR
Çox ümumi baxsaq, insanlar 3 hissəyə bölünüb.
İşin texniki hissəsini bilən, illərdir böyük təcrübəsi olan köhnələr.
İşin qlamur tərəfini bilən, sistem qurmaq iddiasında olan, xaricdə və burda təhsil almış, aralarında adətən english sözlərdən istifadə edərək danışan, yeri oldu-olmadı "transformeyşın, qlobal, internəşinıl" sözlərini istifadə edən və əllərində kofe ilə gəzən qlamurlar. Bunların öz daireleri var.
Bir də heç kimə qoşulmayan neytral mütəxəssislər.
Bu gün dövlət qurumlarında iş məhz köhnə komandanın təcrübəsi sayəsində gedir, onların real iş fonunda müasirlər nəsə etməyə çalışır.
Köhnə komanda işdən əlini çəksə, əksər dövlət qurumları sadəcə çökər.
Köhnələrlə təzələr arasında qarşıdurma da artıq azalıb. Hərkəs öz yerini tutub. Köhnələr işlərini edir və maaşlarını alır. Və böyük səbirlə yenilərin çöküşlərini gözləyirlər :)
Zamanla sular durulacaq və kimin nə etdiyi aydın şəkildə ortaya çıxacaq.
Fəxri Ağayev, peşəkar idarəçi, idarəetmə üzrə təlimçi