Xəbər verildiyi kimi, bu gün Tarif Şurasının qərarı ilə Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti artırılıb.
FED.az xatırladır ki, dövlət təşkilatlarının bununla bağlı açıqlamasında qiymət artımı bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının zərərlə işləməsi və xərclərini ödəyə bilməmələri ilə əsaslandırılırdı.
«Azərişıq»ın açıqlaması ölkədəki - KASIBLARIN REAL SAYINI GÖSTƏRİR? - STATUS
Bu qərar və onun əsaslandırılması üçün verilən açıqlamalar dövlət qurumlarının xərclərinin şəffaflığı, israfçılığı və qeyri-səmərəli idarəçiliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Peşəkar idarəçi Fəxri Ağayev hesab edir ki, əslində dövlət qurumlarının demək olar hamısının zərərlə işləməsi iqtisadi səbəblərlə deyil, bu qurumlarda idarəçiliyin düzgün qurulmaması ilə bağlıdır.
«Heç kimdən asılı olmamağın bir yolu var - PEŞƏKAR OLMALISAN» - STATUS
Ekspert yazır:
«QAZIN qiymət artımı SƏBƏBİ – zərərdir. Anladıq. Bilirdik də.
Mənfəətlə işləsəydi təəccüblənərdik.
Mənə ÇOX MARAQLIDIR...
Azərbaycanda maliyyə baxımından normal idarə edilən və mənfəətlə işləyən bir qurum var?
Və bu qeyri-effektiv idarəçiliyin nəticəsini niyə insanlar, adi vətəndaşlar ödəməlidir?
Və dövlət qurumlarından bir xahişim var. Madam ki, zərərlərin qarşılanması üçün qiymət artır, o zaman:
- BÜTÜN kommunal xidmət və qurum rəhbərləri hər ay xalqa AÇIQ və ŞƏFFAF hesabat versin;
- Hesabatda olmali göstəricilər, gəlir və xərclər göstərilsin;
- BÜTÜN tenderlərin nəticələri görünsün – hansı aləti, nələri hardan və hansı qiymətlərlə alıblar.
Son nəticədə bu qurumlar - DÖVLƏT qurumlarıdır. Və onlar dövlət və üzərində zərərlərini yüklədiyi insanlar qarşısında da məsuliyyət daşıyırlar.
LÜTFƏN o bahalı binalarından tutmuş rəhbərlərin otaqlarına alınan kresloların və rəislərin lüks avtomobil xərclərinə qədər bütün xərclərin hesabatı bizə verilsin».