Xəbər verildiyi kimi, bu gün Tarif Şurasının qərarı ilə Azərbaycanda elektrik enerjisi və təbii qazın tarifləri artırılıb.
FED.az xəbət verir ki, qiymət artımı həm əhali, həm də qeyri-əhali, biznes və digər təşkilatları da əvəz edib.
«Necə olur ki, bütün qurumlar zərərlə işləyir? Onda xərclərini açıqlasınlar, baxaq» - STATUS
Artım barədə qərardan sonra müxtəlif təşkilatlar qiymət artımını, eyni zamanda bu artımın əhali üçün ciddi yük olmayacağını əsaslandırmağa çalışan açıqlamalar yayıblar.
«Onsuz da azalan gəlirlər real inflyasiyanın «yeminə» çevriləcək» – STATUS
Belə açıqlamalardan birini «Azərişıq» yayıb. İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, təşkilatın açıqlamasında göstərilən rəqəmlər ölkədə kasıb əhalinin real sayının rəsmi elan ediləndən xeyli artıq olduğunu göstərir.
Ekspert yazır:
"Azərişıq"ın bu günkü açıqlamasında maraqlı bir rəqəm diqqətimi çəkdi. Şirkət bildirir ki, əhali abonentlərinin 63%-nin aylıq istehlakı 200 kv.saatadək təşkil edir.
Məlumat üçün deyim ki, Nazirlər Kabinetnin 2005 cil ildə (118 saylı) təsdiqlədiyi qərarla aztəminatlı vətəndaşların hər nəfəri üçün aylıq minimum yol verilən enerji istehlakı norması 50 kv.saatdır - yəni orta statistik ailə (4 nəfərlik) 200 kv.saat.
Hazırda ölkədə təxminən 2.6 mln. elektrik enerjisi abonenti qeydiyyatdadır. Bunun da 63%-i və ya təxminin 1.6 mln-u aşağı istehlaklı (aztəminatlı kateqoriyasına uyğun) abonentlərə uyğun gəlir.
Qaz istehlakı ilə ölkədə yoxsulluğun real miqyası arasında korrelyasiya qurmaq bəzi səbəblərdən yanlış ola bilər. Arqument gətirlilə bilər ki, əhali yüksək izolyasiyalı mənzillərdə yaşamağa çalışırı ki, az qaz məsrəfi olsun. Yaxud mərkəzləşdirilmiş istilik ssistemindən istifadə edənlər bu göstəriciyə təsir edir. Kimsə deyə bilər ki, evlərin qızdırılmasında elekttrik də istifadə edənlər çoxdur və s.
Lakin elektrik enerjisinə münasibətdə bu arqumentlər keçərli deyil. Xüsusən isti aylarda kondinsionerdən istifadə orta aylıq enerji istehlakı göstəricisini yüksəldir.
Əgər ölkədə hər 3 abonentdən 2-nin istehlakı aztəminatlı təbəqə normativinə uyğun gəlirsə, ölkədə əhaliinin rifahı və yoxsulluğun real miqyası barədə daha aydın təsəvvür yaranır.
Şübhəsiz ki, burda da nəzərə alınmalı faktorlar var. Məsələn, enerji sektoruda çalışan bir vəzifəli şəxsin mənə dediyi bir fakt budur ki, bəzi ərazilərdə (xüsusən Bakıətrafında) mənzillərin 15-20%-i boşdur və ya davamlı yaşayış yoxdur. Belə abonentlərin aylıq sayğac göstəricisi adətən 0-100 kv.saat intervalında dəyişir. Kəndlərdə də miqrasiya hesabına 0 istehlaklı sayğaclar kifayət qədərdir.
Başqa bir amil son illərdə qənaətli cihaz və lampalardan istifadəyə keçid sürətlənib.
Və nəhayət bir iddia da bu ola bilər ki, 1-2 nəfərlik ailə üzlərindən ibarət abonentlərin sayı da xeylidir. Hərçənd ki, 2009-cu ilin siyahıya alınmasının nəticələrinə görə üzvlərinin sayı 3 və daha çox olan ailələrin sayı böyük əksəriyyət təşkil edir.
Amma hətta bu amillər nəzərə alındıqda, yenə də aztəminatlı abonent statusuna uyğun gələn əhalinin xüsusi çəkisinin kifayət qədər yüksəkdir.
Hökumətin 5% yoxssulluq rəqəminin gerçəkdən nə qədər uzaq olduğunu real göstərən çox azsaylı açıq faktlardan biri şübhəsiz ki, aşağı enerji istehakı səviyyəsidir...