"HR Option" şirkətinin rəhbəri, insan resursları və özünü inkişaf üzrə ekspert Xəqani Səfərov böhrandan sağlam çıxmaq üçün atılmalı olan addımlar haqqında yazıb.
FED.az həmin statusu təqdim edir.
Bu günlərdə günümün əksər hissəsi videogörüşlərdə keçir. İnsanlarda ciddi passivlik var. Bizneslərə təkbətək görüşlər edirəm. Müşahidə etdiyim odur ki, biz problemdən qorxuruq.
HR Option müştəriləri şanslıdır. Onlara ödənişsiz təkbətək böhran managmenti konsultasiyası edəcəyik. Bundan başqa ölkə biznesinə dəstək üçün də bele bir təşəbbüs irəli sürmüşük: consultation.hroption.com linkə daxil ola bilərsiz. Sözüm onda yox.
Nəyin ki, karyerasını, ömrünü change managmetə həsr etmiş biri kimi böhrandan öyrəndiyim sınaqdan keçirdiyim bəzi punkları yazmaq istəyirəm.
1) Problemdən qaçmaq bizə qazandırmır, itirir.
Ona görə virusa görə passivləşmək bu dəqiqə virusdan daha çox təhlükəlidir.
2) Problemə uyğunlaşmaq, adaptasiya olmaq lazımdır. Yəni bu virusla yaşamağı, sağlam qalmağı, biznes etməyi, pul qazanmağı, idman etməyi və s öyrənməliyik.
3) Çox effektivlik gözləməyin. İlk əvvəl heçnə əvvəlki dövrdəki kimi effektiv olmayacaq. Yəni biznesinizdən, həyatınızdan əvvəlki effektivliyi qazancı, dövriyyəni gözləmək sizi məyus edər. İlk əvvəl aza uyğunlaşın. Sonra çoxaldarsınız.
4) Mənim böhranda 3x qaydam var. Bu nə deməkdir?! Adi vaxtda 1 kitab oxuyurdunuzsa böhranda 3 kitab oxuyun. Özünüzü inkişafa 3 dəfə artıq vaxt sərf edib. Elə vaxt sərf edin ki, başqaları ilə məşqul olmağa vaxtınız qalmasın.
5) Özünüzü buraxmayın. Adi vaxtda 8-də dururdunuzsa böhranda 6-da durun. İnternet əsrində “səhər durub nə ilə məşqul olmalıyam?”ın cavabı çoxdur.
6) Neqativdən uzaq olun. “Dünya dağılacaq” kimi baxmayın. Dünya dağılmayacaq. Hər şey düzələcək. Əgər səhv deyirəmsə, birinci olacaqsa onda yenə də pozitiv olmaqda heç nə itirmirsiz. Amma əksində çox geri düşürük.
7) Dijitallaşın. Həyatınızı, işinizi, biznesinizi mümkün qadər dijitala keçirin.
Dostlar virus ciddidir. Mart bitdi, inşəallah dərt də bitəcək. Sadəcə dövlətin təlimatlarına, qaydalarına diqqət etmək lazımdır. Daha gözəl günlər bizi gözləyir.