Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində tutulmayacaq.
ELƏCƏ DƏ BAX: Bu xammal ƏDV-dən azad edilsin – MÜRACİƏT
FED.az-ın məlumatına görə, bunu vergi eksperti Vəli Əliyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikası Konstitisiyasının 13-cü maddəsinə əsasən mülkiyyət növü dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti olmaqla təsnifləşdirilib:
“Yəni bələdiyyələr də qeyri-dövlətə sektoruna aiddir.
Sual: Bələdiyyələrin əməkdaşlarına gəlir vergisi üzrə güzəşt tətbiq olunmalıdır?
Yeri gəlmişkən fevralın yarısı olub, Nazirlər Kabineti neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını müəyyən etməməklə Prezidentin fərmanının icrasından hələ ki, yayınır”.
Bələdiyyə əməkdaşlarından gəlir vergisi tutulacaq? – MEYARLAR MÜƏYYƏNLƏŞMƏYİB

21:43
11 Fev 2019