Mətbuat Şurası qəzet kağızının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi üçün ölkə rəhbərliyinə, müvafiq qurumlara müraciət edəcək.
FED.az-ın məlumatına görə, bu, Mətbuat Şurası İdarə Heyətinin bu gün keçiriləbn iclasının yekunları ilə bağlı yaydığı məlumatda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Türkiyədə qəzet, jurnal və kitaba - ƏDV GÖTÜRÜLDÜ
İclasda qeyd olunub ki, dünyanın bir çox ölkələrində qəzet kağızı əlavə dəyər vergisindən azad edilib. Azərbaycanda isə bununla bağlı ziddiyyətli durum var və ƏDV tətbiq edilir. Ziddiyyət ondan ibarətdir ki, idxal olunan KİV məhsulları Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələri ilə ƏDV-dən azaddır. 2005-ci ildə Nazirlər Kabineti 11 saylı qərar qəbul edib. Həmin qərarda da idxal olunan KİV məhsullarının ƏDV-dən azad edildiyi vurğulanıb. Beləliklə, KİV məhsullarının ƏDV-dən azad olunması 2 dövlət sənədi ilə tənzimlənib. Həm qanunla, yəni Vergi Məcəlləsi ilə, həm də Nazirlər Kabenitinn 11 saylı qərarı ilə. Ancaq o da məlumdur ki, 2015-ci ildə Nazirlər Kabinetinin 11 saylı qərarı ləğv edilib.
Mətbuat Şurası nəzərə çatdırıb ki, Vergi Məcəlləsi qüvvədədir və qüvvədə ola-ola ölkəyə gətirilən KİV məhsullarından - həm qəzet və jurnallardan, həm də qəzet kağızından ƏDV tələb olunur: “Yəni faktiki olaraq Nazirlər Kabinetinin 11 saylı qərarının ləğv edilməsi ilə imtiyazın aradan qaldırılması əsas götürülmüş sayılır. Halbuki qanun, yəni Vergi Məcəlləsi daha üstündür və indiki durumda məhz ona istinad edilməlidir, nəinki ləğv edilmiş qərara. Beləliklə Vergi Məcəlləsinə görə, idxal olunan KİV məhsullarının alqı-satqısı üzrə bütün dövriyyələr ƏDV-dən azaddır. Ancaq bəzi dövlət qurumları iddia edirlər ki, bu, alqıya deyil, yalnız satqıya aiddir. Ziddiyyətdən uduzan tərəf isə media orqanlarıdır. ƏDV-nin tətbiqi dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirmir. Ancaq medianın durumuna mənfi təsir göstərir”.
Bu xammal ƏDV-dən azad edilsin – MÜRACİƏT
19:18
11 Fev 2019