İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın noyabr sayının ilkin rəqəmləri açıqlanıb.
Azərbaycan şərablarının «bəxti açılıb» – RUSİYAYA AXMAĞA BAŞLAYIB – LİTRİ 2 DOLLARDAN
FED.az xəbər verir ki, həmin saya əsasən, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% artaraq 2,7 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 706,9 milyon ABŞ dollarına bərabər olub.
Zaqatala İtaliyaya quru tütün ixracına başlayıb - FOTO
Cari ilin ilk 10 ayı ərzində spirtli və spirtsiz içkilərin, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 24,6%, qara metallardan məmulatların ixracı 19,8%, meyvə-tərəvəz ixracı isə 11,5% artıb.
Sumqayıt Kimya Sənaye Parkının 2 rezidenti - Xaricə 424 Milyon Manatlıq Məhsul İxrac Edib
2023-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2 % artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 162,7 milyon ABŞ dolları təşkil edib.
"Azərpambıq Aqrar Sənaye Kompleksi"nin ixrac gəlirləri - 3 DƏFƏ AZALIB
Cari ilin oktyabr ayının qeyri-neft ixracı 15,4% artaraq 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1% artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6% artımla 187,7 milyon ABŞ dolları təşkil edib.