2023-cü ilin yanvar-sentyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 17,7 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 6-cı yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 32,8 milyon dollar və ya 65% (2,8 dəfə) azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayı ərzində "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 50,5 milyon dollar dəyərində məhsul ixrac edib.