2020-ci ilin yanvar-mart aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 56% - 9 583 ədədə qədər azalıb.
Əhalinin ən çox istifadə etdiyi divan-kreslo markası - MƏLUM OLUB - ARAŞDIRMA
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxracı artan və azalan məhsul və mallar – SİYAHI
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $3 milyon 177,3 min məbləğində (azalma 43,5%) qiymətləndirilir.
Əhalinin ən çox istifadə etdiyi mətbəx mebelinin markası - MƏLUM OLUB - ARAŞDIRMA
Yanvar-mart aylarında Azərbaycana $23 milyon 126 min dəyərində (artım 47,5%) 181,8 min ədəd (artım 1,6 dəfə) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 26,8% - 50 935 ədədə qədər artıb. İdxalın ümumi dəyəri $9 milyon 781,3 min (artım 20,5%) təşkil edir (İnterfaks-Azərbaycan).