Azərbaycanda əhalinin ən çox istifadə etdiyi divan-kreslo dəstinin markası məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin araşdırmasında məlum olub.
Araşdırma istehlakçı davranışlarının mahiyyətini və xüsusiyyətlərini öyrənmək və bu istiqamətdə müəssisələri məlumatlandırmaq məqsədi daşıyır.
İnsanlar öz qonaq otaqlarını daha zövqlü təşkil etmək niyyətində olduqlarından seçim edərkən mebelin daha rasional və rahat imkanlarını həmişə göz önündə tuturlar. Araşdırmaların nəticələri də göstərir ki, bu rasionallığı və rahatlığı insanların əksəriyyəti sexlərdə düzəldilmiş və ya brendsiz divan kreslolarda tapıblar. Digər bir məqam da var ki, sex mebellərindən istifadə edənlərin bir hissəsi üçün brend mebellər əlçatan deyil. Markalar arasında “Embavood” bu seqmentdə də liderliyini qoruyur. Azərbaycanda divan-kreslo mebellərinin istifadə müddətinin isə həddindən artıq olduğu müşahidə olunur. Belə ki, onların orta istifadə müddəti təxminən 10 ildir.
Sorğu iştirakçılarının 65,1%-nin üstündə markası olmayan, sex malı, əldə yığılma, adi mağazadan alınan, köhnə və cehiz olan divan-kreslo dəstlərindən istifadə etdiyi məlum olub.
Respondentlərin 12,7%-i “Embavood”, 3,2%-i “Madeyra”, 2,9%-i “Saloğlu”, 1,7%-i xarici ölkə istehsalı (Türkiyə, Rusiya, Rumıniya, İtaliya, Yuqoslaviya), 0,9%-i isə “İstikbal” markalarının adını çəkiblər.
Divan-kresloların neçə müddətdir istifadə olunmasına gəlincə, rəyi soruşulanların 8,0%-i 1 ilə qədər, 14,6%-i 1 ildən 3 ilə qədər, 14,7%-i 3 ildən 5 ilə qədər, 11,9%-i 5 ildən 7 ilə qədər, 21,8%-i 7 ildən 10 ilə qədər, 1,1%-i isə 10 ildən 20 ilə qədər cavabını verib. Respondentlərin 27,3% isə öz divan-kreslo dəstini 20 ildən çoxdur işlətdiyi məlum olub. Xatırlamayanların sayı isə 0,7% təşkil edib.
Qeyd edək ki, ümumilikdə 1255 respondent arasında keçirilən sorğu Bakı və 7 regionu əhatə edib. Sorğunun əhatə dairəsi 47,1% Bakı, 8% Sumqayıt, 8% Quba, 5,4% Şirvan, 8% Lənkəran, 7,5% Mingəçevir, 8% Şəki, 8% Gəncədir.
Respondentlərin 9,7%-i 17-25 yaş, 25,4%-i 26-35 yaş, 20,3%-i 36-45 yaş, 21,5%-i 46-55 yaş, 23,0%-i 56-65 yaş aralığında olub. Sorğu iştirakçılarının 50%-ni qadın, 50%-ni kişi təşkil edib.
Respondentlərin 45,6%-i orta təhsilli, 18,3%-i texnikum, 36,1%-i isə ali təhsilli olub. Sorğu iştirakçılarının 76,6%-i evli, 7,8%-i dul-boşanmış, 15,6%-i isə subaylar təşkil edib.
Ailə gəliri 250 manat olan iştirakçılar (orta: 720 AZN) 9,4%, şəxsi gəlirləri 250 manat olanlar isə (Orta: 520AZN) 17,3% təşkil edib. 251 manat ailə gəliri olanlar 26,1%, şəxsi gəlirləri 500 manat olanlar isə 25,7% olub. 501 manat ailə gəliri olanlar 12,8%, şəxsi gəliri 750 manat olanlar 6,8% olub. Ailə gəliri 751 manat olanlar 13,0%, şəxsi gəliri 1000 manat olanlar 5,0% təşkil edib. Ailə gəliri 1001 manat olanlar 5,6%, 1500 manat şəxsi gəliri olanlar 1,4% olub. Ailə gəliri 1500+ manat olanlar 51,1%, şəxsi gəliri 1,4% olub.
Ailə gəlirləri barədə cavab verməyənlər 28,0%, şəxsi gəlirləri barədə cavab verməyənlər isə 10,4% olub. Sorğu iştirakçılarının 32,0%-i “Gəlirim yoxdu” cavabını verib.