Statistika

İxracı artan və azalan məhsul və mallar – SİYAHI

İxracı artan və azalan məhsul və mallar – SİYAHI | FED.az
20:35 15 Yanvar 2019

Dövlət Statistika Komitəsi  2018-ci ilin yanvar-noyabr aylarında ixracı artan və azalan məhsul və mallar barədə məlumat yayıb.
 
FED.az-ın məlumatına görə, keçən ilin yanvar-noyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,0 faiz, təzə tərəvəz – 0,3 faiz, kartof – 15,5 faiz, bitki yağları – 10,8 faiz, meyvə və tərəvəz konservləri – 13,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,8 dəfə, pambıq lifi – 2,5 dəfə, polietilen – 9,3 faiz, emal olunmamış alüminium – 12,2 faiz, qara metallardan borular – 4,7 faiz, pambıq ipliyi – 31,0 faiz artıb.
 
ELƏCƏ DƏ BAX: Statistika Komitəsi sənayenin vəziyyətini - AÇIQLADI

Şəkər ixracı 32,8 faiz, tütün – 8,7 faiz, çay – 19,4 faiz, meyvə və tərəvəz şirələri – 21,5  faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 10,9 faiz, qara metallardan yarımfabrikatlar – 55,5 faiz, bentonit gili – 10,5 faiz azalıb.
 

Digər xəbərlər