Azərbaycanın reklam bazarında maraqlı yenilik başlayır. FED.az xəbər verir ki, ölkədə İnfluenserlərin imkanlarından istifadə edərək reklam etmək üçün yeni platforma yaradılır.
Azərbaycanda kartla bəxşiş ödəmək başlandı – YENİLİK – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu sistemi «BOOST» MMC şirkəti tətbiq edib. Xatırladaq ki, bir neçə gün əvvəl «BOOST» MMC-nin startapına KOBİA-ya tərəfindən «Startap Şəhadətnamısi» təqdim edilib.
Yeni startapın detallarını və imkanlarını FED.az-a layihənin rəhbəri Əhməd İbrahimov açıqlayıb.
- İxtisasca iqtisadiyyatçıyam. Biznesin inkişafı sahəsində 17 illik iş təcrübəsinə sahibəm. Karyeram ərzində fərqli sahələrdə bir sıra layihələr həyata keçirmişəm. Bununla yanaşı, bir neçə rəqəmsal məhsulun ərsəyə gəlməsində idarə heyətinin üzvü olaraq iştirak etmişəm və hal hazırda da davam edirəm.
- Startapın ideyası necə və nə vaxt yarandı?
- Marketinq sahəsində olan təcrübələrimdə bir sıra rəqəmsal marketinq kampaniyaları həyata keçirmişəm. Nəticədə həm İnfluenserlərlə işləmək haqqında, həmdə İnstagram İnflüenser kampaniyaları haqqında ətraflı məlumata sahib olmuşam. Hazırda inflüenser marketinq bazarında qiymətlərin və eləcə də biznes sahiblərinin çətinliklərini gördüm. Elə həmin problemlərin həllini daha rahat və nəhayət ki, hər iki tərəf üçün şəffaf nəticə, zəmanət və fikrimizcə həm ədalətli həm də uyğun qiymətlərlə müştərilərə təklif edən bir platforma, BOOST, ideyası yarandı.
Keyfiyyətli biznes və iqtisadi təhsili - XARİCDƏ HARADA ALMAQ OLAR? – MÜSAHİBƏ
- Startap hansı prinsiplə işləyir, burada reklam işi necə qurulub?
- BOOST əsas olaraq mobil tətbiq üzərindən və eləcədə web səhifə olaraq fəaliyyət göstərən bir platformadır. BOOST platforması unikal hədəfləmə (targetting) alqoritmi və zəmanətli baxış təqdim edən yegane inflüenser platforması olmaqla fərqlənir. Startap asan dildə desək, İnflüenserlər vasitəsi ilə reklam həyata keçirmək istəyən biznes sahiblərinin rahatliqla istədiyi izləyici kütləsinə çatmasına imkan yaradır.
- İnflüenserlər bu prosesə necə qatılır – onları siz dəvət edirsiz, yoxsa özləri könüllü qoşulurlar?
- Platformamızda olan İnflüenserlər isə öz istəkləri əsasında hər hansısa kampaniyada iştirak edə bilər. Kampaniyada İnfüenserlər müştərinin texniki tapşırığına uyğun olaraq, istənilən ticarət markasını, məkanı, və ya məhsulu öz həyat tərzində istifadə edərək, “life-style” üslubunda foto və ya video çəkərək izləyiciləri ilə paylaşır. Kampaniyada bir necə İnflüenserlər birdən çox ziyarət həyata keçirir.
Azərbaycanda 3D printerlə evlərin tikintisinə başlanacaq - QARABAĞDA İSTİFADƏ OLUNA BİLƏR - MÜSAHİBƏ
- Gəlin prosesi misalla izah edək
- Məsələn, hansısa bir biznes sahibi BOOST platformasından reklam kampaniyası almaq istəyir. Biz onların şərtlərini müəyyənləşdiririk və platformamızda bizimlə çalışan, həmin şərtlərə uyğun olan İnflüenserləri təklif edirik.
Həm İnflüenserlər həm də Biznes sahibləri kampaniya şərtləri ilə razılaşdıqdan sonra İnflüenserlər ziyarətlərə və paylaşımlara başlayır. Həm İnflüenserlərlə həmdə Bizneslərlə çalışan fərqli komandalarımız var. Hal hazırda tətbiq inkişaf edilir və testlər aparılır. Biz partnyorlarla görüş keçirirək, tətbiqin daha da mükəmmələşməsi üçün araşdırmalar edirik.
– Bu xidmətə tələbat böyükdürmü?
- Bəli, təlabat çoxdur. Təsəvvür edin, 2020-ci ildə sosial platformalar üzərindən həyata keçirilən qlobal satışların həcmi 560 milyard dollar olduğu halda, 2 il sonra, 2022-ci ildə isə bu rəqəmlər artıq 958 milyardı keçib.
Sosial medianın insanların həyatında yeri gündən günə çoxalır və buda nəinki rəqəmsal marketinq sahəsi, hətta daha spesifik desək inflüenser marketinq sahəsi üçün çox böyük avantaj yaradır. Ənənəvi reklam üsullarından fərqli olaraq inflüenser marketinq və insanların gündəlik həyatına inteqrasiya olunmuş reklamlar daha çox effektivdir. Influencermarketinghub-a görə, sorğuda iştirak edən marketinq şirkətlərinin əksəriyyəti (90%) influenser marketingini daha effektiv hesab edir.
- Bu xidmət əsasən kimlər üçündür, ondan əsasən kimlər istifadə edib faydalana bilər?
- Öz brendini reklam etmək və ya, daha çox müştəri kütləsi əldə etmək istəyən biznes sahibləri bizim xidmətimizdən yararlana bilər.
- Bu xidmətlər artıq işə düşübmü, düşübsə, ona tələbat necədir?
- Layihənin gerçəkləşməsinə 6 ay öncə başlamağımıza baxmayaraq, satışlara yalnız son iki aydır ki, başlamışıq. Hazırda bəzi prosesləri fiziki olaraq komanda üzvlərimiz həyata keçirir. Lakin yaxın gələcəkdə bütün proseslərimiz avtomatlaşdırılacaqdır.
- Startapın fəaliyyəti üçün nə qədər influenser cəlb ediləcək?
– Hazırda platformamızda 170-dən çox İnflüenserlər yer almaqdadır. Hal hazırda ölkədə ən böyük inflüenser platforması olduğumuzu desək, yanılmarıq
– Bu şəxslər necə seçilir? Yəni kim istəsə müraciət edə bilərmi? Və belə şəxslərin xidməti necə qiymətlənldiriləcək?
– BOOST-un unikal üstünlüklərindən biridə qiymətləndirmə üsulu növüdür. Biz qiyməti İnflüenserlərlə baxış sayına əsasən hesablaşırıq. Belə bir ədalətli və şəffaf həllin dünya bazarında alternativi yoxdur.
İnflüenserlərin bizimlə çalışması üçün 2500-dən çox izləyicə sahib, life-style üslubunda aktiv paylaşımlar etdiyi instagram səhifəsi olması tələb olunur. Biznes sahiblərinin bizim xidmətimizdən istifadəsi üçün isə heç bir təlabat yoxdur. Hər kəsə istəklərinə uyan və uyğun qiymətlərdə kampaniya paketləri təqdim edirik.
– İnfluenserlərin xidməti sizin üzərinizdən aparılacaq, yoxsa siz yalnız platformasınız və burada müştəri və influenser birbaşa işləyir?
– Biz daimi olaraq İnflüenserləri kampaniya çərçivəsində izlyərik və bütün detalları biznes sahibləri ilə paylaşırıq. Biznes sahibləri İnflüenserlərlə hər hansısa danışıqlar aparılması və sair kimi vaxt alan işləri görməkdən azad olur. İT mütəxəssislərimiz tərəfindən yazılmış unikal alqoritm, biznes tərəfindən doldurulmuş anket və yazılmış texniki tapşırığa əsaslanaraq, onlara ən uyğun hədəf auditoriyasına malik olan inflüenseri təklif edir və istənilən sayda kütləyə çatmaq üçün fərqli qiymətlərlə paketlər təklif edir.
– Ümumiyyətlə sizin göstərdiiniz xidmətin qiyməti hansı səviyyədədir? Misallarla izah edə bilərsinizmi?
– 550 manata (ƏDV xaric) ən azı zamanətli 6 paylaşım əldə etmək mümkündür
– Hazırda şirkətin neçə işçisi var və planlarınız necədir?
- Hazırda 10 nəfərdən ibarət komandamız var. Planlar təbii ki, komandamızın ehtiyac olduğu zaman genişlənməsi üzərindədir.
– Azərbaycan bazarında neçə faiz payı hədəf qoymusuz?
- Azərbaycanın inflüenser marketing bazarının ümumi dövriyyəsi bəlli deyil. Buna ilkin səbəblərdən biri odur ki, inflüenserlərin çoxu qeyri-rəsmi ödənişlər qəbul edir və ya barterlə işlədikləri layihələrin heç yerdə qeydiyyatı aparılmır. Bundan fərqli olaraq BOOST platformasında bütün ödənişlər rəsmi şəkildə və elektron qaydada həyata keçirilir. Bizim təqdim etdiyimiz xidmətin alternativi yoxdur, ona görə hesab edirik ki, "BOOST" ən yaxın zamanda Azərbaycan iş dünyasının ən efektiv, kütləvi istifadə edilən reklam alətinə çevriləcəkdir.
– Başqa, xarici bazarlara çıxmaq planı varmı?
– Hazırda yaxın gələcəkdə xarici bazarlara çıxmaq planımız yoxdur. Azərbaycan bazarına fokuslanmışıq. Gələcəkdə bir çox proseslərinin avtomatlaşdırılması ilə xarici bazara çıxışımız da mümkün olacaqdır.
– Startapa investor cəlb edilməsi aktualdırmı?
– Hələ ki aktual deyil. Gələcəkdə, xarici bazara çıxmaq üçün ola bilər ki, müraciət edərik.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Xatırladaq ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi