Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Startaplar

  1. Ana səhifə
  2. Startaplar
  1. Startaplar

Cəmi 10-15 manat ödəyib təcrübə proqramı tapmaq imkanı – 250 MİN DOLLARA PAY ALMAQ OLAR – YENİ STARTAP - MÜSAHİBƏ

Cəmi 10-15 manat ödəyib təcrübə proqramı tapmaq imkanı – 250 MİN DOLLARA PAY ALMAQ OLAR – YENİ STARTAP - MÜSAHİBƏ | FED.az
15:01 6 Okt 2022

Azərbaycanda şirkətlər və gənclər yeni imkanlar yaradan staptap fəaliyyətə başlayıb. Bu startap vasitəsilə tələbə və məzunlar şirkətlərdə təcrübə proqramlarına qoşula bilərlər. Şirkətlər isə gələcək əməkdaşlarını real işdə yoxlamaq imkanı qazanırlar.

Eləcə də bax: Azərbaycanda kartla bəxşiş ödəmək başlandı – YENİLİK – MÜSAHİBƏ

Təqribən təcrübə proqramı market-pleysi kimi fəaliyyət göstərən startap «Taskilled» adlanır. Onun yaradıcısı - layihənin rəhbəri və «Taskilled»in təsisçisi  Nəriman Qaraxani 15 ilə yaxın biznes və akademik təcrübəyə malikdir. Layihəyə pul yatırmaq istəyən investorlar üçün isə bu maraqlı sərmayə və gəlir imkanı ola bilər.

Şirkət təkliflərə açıqdır, amma öz şərtləri ilə... 

- Nəriman bəy, bu layihənin mahiyyəti nədən ibarətdir? Startap hansı hansı prinsiplərlə işləyir, hansı problemi həll edir?

- «Taskilled» startapı - portfolio yaratmaq üçün bir platformadır. Portfolio yaratmaq deyəndə, gənclər öz karyeralarını qurmağa başlayarkən biz onlara bir növ yol yoldaşlığı edirik. Bu mənada ki, biz platformamızda təcrübə proqramları yaradırıq. Təcrübə proqramının təşkil olunduğu bir market-pleysik.

- Yəni startap tələbələrə təcrübə proqramı təqdim edir? Bu necə baş verir – siz artıq elan edilmiş təcrübə proqramlarını bir yerə toplayırsız, yoxsa startap özü şirkət üçün təcrübə proqramı yaradıb tələbələrə təklif edir?

- İkinci variant, layihə ilə əlaqəli bir təcrübə proqramlarının təşəbbüskarı bizik. Biz təcrübə proqramlarını yaradırıq. Amma təcrübə roqramlaraının daxiində yerləşdirilmiş tapşırıqları partnyor şirkətlərimizlə danışıb onlardan alırıq. Tapşırıqları proqram daxilində yerləşdiririk ki, təcrübə proqramı real şirkət tapşırıqları daxilində həyata keçirilsin. Yəni tələbələr real işlərlə məşğul olsunlar.

- Təcrübə proqramları üçün tələbə hökmən şirkətə gəlməlidir, yoxsa bunu onlayn da etmək olar?

- İndiki mərhələdə biz onlayn işlənilə bilən təcrübə proqramları həyata keçiririk. Məsələn, rəqəmsal marketinq, mühasibatlıq, dizayn, layihələrin idarə olunması, proqramlaşdırma, data analizi kimi sahələrdə həyata keçiririk. Növbəti mərhələdə isə biz bunu hibrid formada həyata keçirəcəyik. Belə ki, istifadəçilər tapşırıqları əvvəl onlayn formada edəcəklər, sonra isə şirkətlərin özünə getməklə digər tapşırıqları da yerinə yetirəcəklər.

- Nəriman bəy, nə üçün məhz təcrübə proqramı? Bunun vacibliyi nə ilə bağlıdır?

- Gənclər karyera qurmağa başlayarkən qarşılaşdıqları problemlərdən biri də təcrübə və nəzəri biliklərinin yetərli olmamasıdır. Buna görə də biz belə bir layihə həyata keçiririk ki, gənclər bizim  platformamızda təcrübə proqramlarına müraciət edərək praktiki bacarıqlara yiyələnsinlər. İş həyatında addım atarkən  bu bacarıqları orada göstərə bilsinlər. Platformamızda istənilən proqramda iştirak zamanı tələbələrin etmiş olduqları bütün tapşırıqları biz öz bazamızda saxlayırıq. Qeydiyyatdan keçərkən hər kəs özünə onlayn və yeni bir növ CV forması yaradır. Biz orada görmüş olduqları bütün tapşırıqları saxlayırıq və şirkətlərə də bunu göstərə bilirik.

Necə deyərlər, təhsil alındığı yerdə də qalmır. Biz həm də onların aldıqları təhsili, bilik səviyyəsinə uyğun etdikləri tapşırıqları şirkətlərə göstərə bilirik. Şirkətlər də bunun vasitəsilə qərar qəbul edirlər ki, axtardıqları şəxs hansı səviyyədə biliklərə və bacarıqlara sahibdir.

Eyni zamanda platformamızda iştirak edənlər üzrə müxtəlif məlumatları toplayaraq, “big data” yaradırıq. Məqsədimiz odur ki, istifadəçilərin professional bilik və bacarıqlarını, şəxsi keyfiyyətlərini, komandada işləmək bacarıqlarını ölçərək həmin şirkətlərə sistem şəklində təqdim edək. Şirkətlər də bizim platforamda əməkdaşlıq çərçivəsində daxil olaraq özlərinin ehtiyaclarına uyğun olmaqla platformamızda olan istifadəçilərdən uyğun olanlarını seçərək işlə təmin edirlər.

- Bu layihənin ideyası necə yarandı?

- Ümumiyyətlə, startap hər hansı bir problemin həllinə yönəlmiş bir təşəbbüs deməkdir. Mən də uzun illər əvvəl müəllim işlədiyim üçün təhsil sahəsində yaranan və gənclərin ehtiyac duyğuğu bir boşluğu gördüm. İş həyatında təcrübə problemini müşahidə etdikdən sonra bunu həll etmək qərarına gəldim. Eyni zamanda təkcə Azərbaycan daxilində deyil, beynəlxaq səviyyədə də gənclərin təcrübə qazanmasını məqsəduyğun hesab etdim. Əgər gənclər sahələrinə uyğun xaricdə gedib təcrübə keçmək istəyərlərsə, gedib xarici şirkətlərdə işləsinlər və təcrübələrini Azərbaycanda tətbiq etsinlər.  İdeya belə yarandı. Bu yola çıxanda bu ideya da genişləndi.

Onu da deyim ki, ideya əslində boş bir fikirdir, yalnız onu reallaşdıranda dəyər qazanır. Bəzən insanlar ağıllarına gələn fikirləri gizlədirlər, bu starpat sahəsində yayılan haldır. Amma əgər ideya varsa onu gizlətmək yox, əzmlə, araşdırma aparmaqla, çətinliklərdən keçməklə onu həyata keçirməyə çalışmaq lazımdır.

- Nəriman bəy, hazırda neçə şirkətlə əməkdaşlıq edirsiniz və layihənin istifadəçiləri nə qədərdir?

- Bir ay yarımdır ki, platformamızı istifadəyə vermişik. Bu müddət ərzində min nəfərə yaxın istifadəçi platformamızda müxtəlif proqramlarda iştirak edirlər. Hal-hazırda, 10-a yaxın şirkətlə əməkdaşlıq edirik. Təbii ki, əməkdaşlıq sayını artırmaqdayıq.

- Sizin startapa investisiya yatırılırmı, yatırılmırsa gələckdə gözlənilirmi?

- Artıq bir ildən çoxdur ki. fəaliyyətə başlamışıq və öz şəxsi vəsaitlərimiz hesabına fəaliyyət göstəririk.Ancaq yeni ölkələrə, yeni bazarlara çıxa bilməyimiz üçün investisiya cəlb etmək üçün çalışırıq.

- Bu startapda gəlir, qazanc mexanizmi necə qurulub? Layihədən qazanc necə əldə edilir?

- Bu layihədə dediyim kimi iki tərəf var – şirkətlər və tələbələr. Gəlir hər iki tərəfdən əldə edilir. Belə ki, şirkətlər hər hansı bir istifadəçi haqqında məlumat əldə etmək üçün bizə aylıq ödənişlər edirlər. Məbləğ 1 istifadəçi üçün 5 dollar.  İstifadəçilər isə iştirak edəcəyi hər bir proqrama görə, ödəniş edirlər – məbləği 10-20 manat arasında dəyişir. Hazırda şirkətlərdən hər hansı bir ödəniş almırıq. Şirkətlərə məlumat bazamızı açıq şəkildə təqdim edirik ki, bizim proqramımızda iştirak edənlərin içindən seçərək işə dəvət edə bilsinlər. Ancaq gələcdə məlumat bazamızı genişləndirdikcə biz artıq həmin məlumatları onlara pullu xidmət kimi aylıq ödənişlər şəklində və ya istifadəçi sayına uyğun şəkildə təqdim edəcəyik.

- Azərbaycandan kənar bazarlara çıxmaq niyyətiniz varmı? Bununla bağlı planlarınız necədir?

- Bildirdiyim kimi «Taskilled» market-pleys kimi fəaliyyət göstərir. Bu proqram çərçivəsində siz öz ehtiyaclarınıza, istədiyiniz ölkədə, istənilən sahə üzrə də müraciət edərək gedə biləcəksiniz. Hazırda, təkcə Azərbaycanda fəaliyyət göstəririk. Gələcəkdə daha 4 ölkənin bazarına daxil olmağı hədəfləyirik. Türkiyə, Orta Asiya, Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərmək üçün bütün işləri görürük.

2023-cü ilin başlanğıcından etibarən yeni bazarlara çıxmağı planlaşdırırıq.

- Layihəyə kənar investor cəlb etmək planınız varmı? Varsa, investorlar buraya hansı şərtlərlə qoşula bilərlər?

- Deməli, hazırda, 15% qarşılığında 250 min dollar investisiya cəlb etmək istəyirik ki, həmin investisiya müəssisələri ilə bazarlara çıxaq. Həmin məbləğdə bizim məqsədimiz daha 4 ölkəniz bazarına çıxmaqdır. Bunlar Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan bazarlarıdır. 2023-cü ilin sonunadək istifadəçi sayını 10000 nəfərə, illik dövriyyəmizi 2 milyon dollara çatdırmağı planlaşdırıq.

- Nəriman bəy, bu layihənin analoqu varmı?

- Tələbələr, məzunlar, təcrübəsi olmayan şəxslər təcrübə proqramlarında iştirak etmək üçün hər hansı bir şəbəkədə (Linkedİn və bənzər platformalarda) şəxsi axtarış vasitəsi ilə tapa bilirdllər. Lakin biz bunu bir sistem halına gətirmişik. Ola bilsin başqa ölkələrdə lokal variantı var. Ancaq belə bir qlobal səviyyədə  sistem demək olar ki, yoxdur. Biz burada istifadəçilərə bir çox üstünlüklər qazandıra bilərik.

Bir məsələni də qeyd edim ki, bizim layihə ilə gələcək prespektivdə yeni növ turistlərin cəlb olunmasında kömək olacaqdır. Belə ki, biz müxtəlif təcrübə proqramları yaratmaqla ölkəmizdə xaricdən tələbələri, gəncləri bu təcrübə proqamların iştirak etmələri üçün gətirə biləcəyik. Onlar uzunmüddətli gələcəklər.  Həmin proqramlar 1-2 ay ola bilər.  (tech.az)

Banner
  • startap
  • ödəmək
  • təcrübə proqramı
  • tapmaq
  • Taskilled
  • Nəriman Qaraxani
Paylaş

Digər xəbərlər

Azərbaycanda daha 11 mikro sahibkara - "Startap" Şəhadətnaməsi Verilib
Startaplar 14 Sen 2023
Azərbaycanda daha 11 mikro sahibkara - "Startap" Şəhadətnaməsi Verilib
Azərbaycanlı təsisçinin startapı 1,5 milyon dollar investisiya alıb - FOTO
Startaplar 13 Sen 2023
Azərbaycanlı təsisçinin startapı 1,5 milyon dollar investisiya alıb - FOTO
Azərbaycan startapı Türkiyə bazarında - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Startaplar 18 Avq 2023
Azərbaycan startapı Türkiyə bazarında - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Azərbaycanlı təsisçilərin startapı 2,5 milyon dollar investisiya alıb - FOTO
Startaplar 7 Avq 2023
Azərbaycanlı təsisçilərin startapı 2,5 milyon dollar investisiya alıb - FOTO
Azərbaycanda I yarımildə 13 KOB subyektinə -  “Startap” Şəhadətnaməsi Verilib
Startaplar 3 Avq 2023
Azərbaycanda I yarımildə 13 KOB subyektinə - “Startap” Şəhadətnaməsi Verilib
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında - İŞTİRAK EDƏCƏK
Startaplar 3 Avq 2023
Azərbaycanın iki startapı “Silikon Vadisi Mentorluğu” proqramında - İŞTİRAK EDƏCƏK
Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTOLAR
Startaplar 21 İyul 2023
Azərbaycan Startaplar üzrə Dünya Çempionatının qalibi oldu - FOTOLAR
Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri - TƏKLİF EDİR
Startaplar 19 İyul 2023
Azərbaycan startapı yeni tipli külək enerjisi turbinləri - TƏKLİF EDİR
Azərbaycanın ən boyük startapı artıq - ÖZBƏKİSTANDA
Startaplar 11 İyul 2023
Azərbaycanın ən boyük startapı artıq - ÖZBƏKİSTANDA
Koreyalı investor Azərbaycanda bəzi startaplara - YATIRIM EDƏCƏK
Startaplar 7 İyul 2023
Koreyalı investor Azərbaycanda bəzi startaplara - YATIRIM EDƏCƏK
Azərbaycanlının həmtəsisçisi olduğu startap 14.4 milyon dollar investisiya - CƏLB EDİB
Startaplar 7 İyun 2023
Azərbaycanlının həmtəsisçisi olduğu startap 14.4 milyon dollar investisiya - CƏLB EDİB
Azərbaycanın ən yaxşı 10 startapı təqdim olunub - FOTO
Startaplar 2 İyun 2023
Azərbaycanın ən yaxşı 10 startapı təqdim olunub - FOTO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Sabahın hava proqnozu - AÇIQLANDI
    12:56 26 Sen 2023
  • Valyuta hərracı keçirildi - NƏTİCƏ
    12:52 26 Sen 2023
  • İqtisadi Zonaların İnkişafı Agentliyi - TENDER ELAN EDİR
    12:48 26 Sen 2023
  • "Ağdam, Sabirabad və Saatlı xəstəxanaları Xankəndidəki xəstələrin qəbulu üçün gücləndirildi"
    12:46 26 Sen 2023
  • Kapital Bank-da neftçilərə özəl kampaniyanın bitməsinə - AZ QALDI
    12:38 26 Sen 2023
  • Yerli şirkət “Bronto Construction"ı - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    12:35 26 Sen 2023
  • Nazirlər Kabineti gələn ilin - Büdcə Layihəsini Bəyənib
    12:32 26 Sen 2023
  • Azərbaycanın Gürcüstandan gətirdiyi qoyun-inək - 40%-DƏK BAHALAŞIB
    12:26 26 Sen 2023
  • Bakı Metropoliteni - TENDER KEÇİRİR
    12:23 26 Sen 2023
  • “Qohumluq əlaqələri ilə eyni subyektləri fərqli insanlar idarə edir”
    12:20 26 Sen 2023
  • Azərbaycanda bankların xalis faiz gəlirləri 33% artıb
    12:17 26 Sen 2023
  • Azərbaycanın özəl sektorunda muzdlu işçi sayı dövlət sekorundan 10 dəfə sürətlə artıb
    12:13 26 Sen 2023
  • "Rəqabət Məcəlləsinin qəbulundan sonra inhisarçılıq aradan qalxacaq"
    12:08 26 Sen 2023
  • “Qaya Nəqliyyat” MMC yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
    11:55 26 Sen 2023
  • Bank istiqraz buraxılışı yolu ilə 10 milyon manat cəlb edir - ŞƏRTLƏR
    11:55 26 Sen 2023
  • Dövlət qurumu tədbirlərin təşkilini “Glossy” MMC-yə - HƏVALƏ ETDİ
    11:50 26 Sen 2023
  • “Veysəloğlu Distribusiya” dünya brendlərini ölkəmizin hər nöqtəsində - ƏLÇATAN EDİR
    11:41 26 Sen 2023
  • “Ticarət haqqında” - QANUN HAZIRLANIR
    11:38 26 Sen 2023
  • Dövlət qurumu qidalanma xidmətləri alır – TENDER ELANI
    11:37 26 Sen 2023
  • Türkiyə lirəsi manat qarşısında - Rekord Səviyyədə Ucuzlaşıb
    11:32 26 Sen 2023
  • Azərbaycanda bankların şöbələrin sayı aylıq artıb, illik azalıb
    11:31 26 Sen 2023
  • "Azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı 128 min hektar torpaq var"
    11:29 26 Sen 2023
  • Azərbaycanda bank filiallarının sayı cüzi artıb
    11:26 26 Sen 2023
  • Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın - SİYAHISI
    11:24 26 Sen 2023
  • Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə - İctimai Dinləmə Keçirilir
    11:20 26 Sen 2023
  • Gədəbəydə abadlıq işləri ilə bağlı – TENDER ELANI
    11:15 26 Sen 2023
  • Bank sektorunda vəziyyət necədir? - ƏN SON RƏQƏMLƏR
    11:11 26 Sen 2023
  • Azərbaycanda bankların ATM-lərin sayı 2%-dən çox artıb
    11:07 26 Sen 2023
  • Yeni Klinika elan etdiyi tenderə - YEKUN VURDU
    11:02 26 Sen 2023
  • Bakı Metropoliteni QSC daha bir tenderin nəticələrini - ELAN EDİB
    11:01 26 Sen 2023
  • Dövlət qurumu təmir işlərinə 289 min manat - XƏRCLƏYƏCƏK
    11:00 26 Sen 2023
  • Azərbaycanda bank işçilərin sayı artıb
    10:59 26 Sen 2023
  • Dövlət qurumu mebel-inventar alınması ilə bağlı tenderin nəticələrini - AÇIQLAYIB
    10:58 26 Sen 2023
  • Nağdsız əməliyyatların həcmi - 2 DƏFƏ ARTIB
    10:48 26 Sen 2023
  • Azərbaycanda POS-terminalların sayı aylıq azalıb, illik artıb
    10:46 26 Sen 2023
  • “OBA” bərabərlik və inklüzivliyi - DƏSTƏKLƏYİR
    10:45 26 Sen 2023
  • Son bir ayda ödəniş kartlarının sayı - 20 FAİZ ARTIB
    10:41 26 Sen 2023
  • Dövlət qurumu laboratoriya cihazları alır – TENDER NƏTİCƏSİ
    10:35 26 Sen 2023
  • Dövlət qurumu audit xidmətləri alır – TENDER NƏTİCƏSİ
    10:34 26 Sen 2023
  • Azərbaycanda bankomantlar 3%-dək artıb
    10:33 26 Sen 2023
  • 8 ayda dövlət xəttilə 350 milyon manat - İPOTEKA KREDİTİ VERİLİB
    10:29 26 Sen 2023
  • Bu gün Ağdam yolu ilə növbəti humanitar yük Xankəndiyə - YOLA SALINIR
    10:24 26 Sen 2023
  • Avqustda bankların kredit portfeli 17% böyüyüb
    10:19 26 Sen 2023
  • Azərbaycanda bank sektorunun əməliyyat mənfəəti - 1 MİLYARD MANATI KEÇİB
    10:19 26 Sen 2023
  • Azərbaycanın bank sektoru üzrə yeni göstəricilər - AÇIQLANDI
    10:13 26 Sen 2023
  • "AzəriMed" şirkətinə bu sahələr üzrə 6 işçi lazımdır - VAKANSİYALAR - ƏLAQƏ NÖMRƏSİ
    10:10 26 Sen 2023
  • Son bir ayda problemli kreditlər - 8% ARTIB
    10:07 26 Sen 2023
  • DGK Azərbaycana gətirilən 50 min dollardan artıq vəsaitlə bağlı bu quruma məlumat verəcək - QƏRAR
    10:02 26 Sen 2023
  • Bakıda ilk elektrik mühərrikli avtobus - XƏTTƏ BURAXILDI
    09:55 26 Sen 2023
  • “Central Hospital" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    09:46 26 Sen 2023
  • Azərbaycanda bankların xalis mənfəəti - 23% ARTIB
    09:42 26 Sen 2023
  • Azərbaycanda tütün istehsalı 3 dəfəyədək azalıb
    09:37 26 Sen 2023
  • Hindistan “Google”a rəqib olacaq yeni tətbiq platformasını - İSTİFADƏYƏ VERDİ
    09:37 26 Sen 2023
  • Bakıdan Xankəndinə - TİBBİ YARDIM GÖNDƏRİLİB
    09:31 26 Sen 2023
  • Tovuzda çörək istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkarlandı - FOTO
    09:23 26 Sen 2023
  • “Mirzali” MMC qayda pozuntusuna görə - MƏHKƏMƏYƏ VERİLİB
    09:19 26 Sen 2023
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:16 26 Sen 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    09:15 26 Sen 2023
  • Bu şəxslərə - 355 MANAT MÜAVİNƏT VERİLƏCƏK
    09:11 26 Sen 2023
  • Səkkiz ayda qadın sahibkarlara 9,9 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİLDİ
    09:06 26 Sen 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!