Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner
Banner

Startaplar

  1. Ana səhifə
  2. Startaplar
  1. Startaplar

«$10-50 min yatırıb 100-1000 qat qazanmaq istəyən, amma alınmasa itirməyə də hazır olanlar bizə qoşulsun» - MÜSAHİBƏ

«$10-50 min yatırıb 100-1000 qat qazanmaq istəyən, amma alınmasa itirməyə də hazır olanlar bizə qoşulsun» - MÜSAHİBƏ | FED.az
18:50 26 Aprel 2022

Azərbaycanda yaradılan startaplara dəstək üçün yeni qurum – «Technovate Mələk İnvestorlar Klubu» yaradılıb. Klubun yaradıcıları Azərbaycanın startap, maliyyə və investisiya sahəsində tanınmış mütəxəssisləridir.

Eləcə də bax: 37 milyon dollarlıq Azərbaycan startapının sahibi: “Şərikim dedi, bu bizdə alınan deyil” - MÜSAHİBƏ

FED.az klubun rəhbərlərindən biri - ABŞ şirkəti “Technovate İnvestments”in qurucusu Fərid İsmayılzadənin müsahibəsini təqdim edir.

Qeydedək ki, Fərid İsmayılzadə Azərbaycanda fəaliyyət göstərən "GoldenPay" (Hesab.az portalının sahibi) və "eMobile"  şirkətlərinin qurucusudur. O, "GoldenPay" və "eMobile" şirkətlərini satdıqdan sonra ABŞ-a köçmüş, “Technovate İnvestments” şirkətini qurmuş, Azərbaycan və Gürcüstandan olan startaplara investisiya qoyuluşları ilə dəstək olmağa başlamışdır.

“Əvvəl 700 dollara aldığın malı, indi 1 400 dollara alırsan, dövlətdən xahiş etdik ki, ucuz qiymətə kredit versin” – MÜSAHİBƏ

- Fərid müəllim, Amerikada işlər nece gedir?

- Amerikada işlərin gedişatından razıyam. “Technovate”in portfelində 5 startap var. Bunlardan 4-ü artıq Amerikadadır. Sonuncunun isə bazar araşdırılması bağlı işləri gedir, və bu proses bitən kimi önümüzdəki aylarda onu da Amerikaya aparacayıq.

«Müştərilər vaxtlarını bank əməliyyatlarına yox, sevdiklərinə ayırsınlar» - MÜSAHİBƏ

- “Amerikaya aparmaq” deyəndə nə nəzərdə tutursunuz?

- “Technovate Investments”  vençur və ya “startup studio” modeli ilə işləyir. Bu startaplar ilə işləyən inkubator və akselator modelindən fərqli modeldir. Biz qlobal potensiallı və geniş miqyaslı problemlərin həllinə ünvanlanan startapları tapırıq, sonra onlarla birlikdə prototip yaradılana, komanda özünü sübut edənə qədər işləyirik, sonra o startapı şirkət olaraq ABŞ-da qeydiyyata alırıq və onlara əlavə maliyyə tapmasına və tam ayağa durub özü irəliləyə bilənə qədər dəstək oluruq.

«Alıcıları «yaşıl» və «qırmızı» müştərilərə bölür, «kəşbək»dən «kəşbək» veririk» - MÜSAHİBƏ

Bu çox butik və birə-bir yanaşmadır. İnkubator və akselatorlarda isə hər şey şirkətin qurucularından asılı olur. Ona görə də inkubator və akselator modelində startapın uğur qazanma əmsalı qlobal olaraq 4-5 faiz qiymətlərdilirsə vençur studio modelində isə bu rəqəm 40 faizə qədər qalxa bilir. İndi bizim startaplardan 4-ü artıq Amerikada qeydiyyatdan keçib və növbəti illər üçün lazımı vəsaitlər cəlb edib. Hətta biri artıq məhsulunun satışına da başlayır.

- Bütün startaplar Azərbaycandandırmı?

- Hamısı yox. Bizim studio-da Gürcüstan startapı da var. İstənilən qlobal potensiallı startapla işləməyi istisna etmirik.

- Belə çıxır üç ekosistemdə təmsil olunursunuz. Azərbaycan, Gürcüstan və ABŞ. Bunlar arasında fərqlər nədir?

- Azərbaycanın startap ekosistemi çox yenidir. Burda təkcə dövlətdən hansısa addımların atılması gözlənilməməlidir. Bizdə investor probemi də var, yaxşı ideaların azlığı probelmi də. Gürcüstan ekosistemi bizdən çox öndədir. Ordakı iş adamlarının, startapçıların və dövlətin yanaşması bizimlə müqayisədə daha inkişaf etmişdir. Ümumiyyətlə, hansısa startap ekosistemini inkişaf etdirmək, özü elə startap yanaşması tələb edir. Risk etmək, sürətli olmaq, müxtəlif addımları atmaqdan qorxmamaq lazımdır. Dünyanı dəyişdirmək haqqında düşünən, bunun xəyalını quran, bu yolda vizyonu olan, təmsilən “dəli” insanlara qeyri-ciddi yanaşmaq, onların edə biləcəklərini aşağı qiymətləndirmək bu ekosistemə çox ziyan vurur. Əslində isə belə insanları dəstəkləməli, belə insanların daha çox olması üçün şərait yaradılmalıdır.  ABŞ-da startup ekosistemi isə dünya lideridir. Məncə ABŞ-dan sonra ikinci yerdə gedən ekosistem ABŞ-dan on illiklər qədər geridədir. Bunu rahat şəkildə çoxlu reytinqlərdən görmək olar. Ona görə də biz məhz qlobal lahiyələrimizi həmən ABŞ ekosisteminə inteqrasiya edirik. Ordakı qanunverilicik, imtiyazlar, investorların yanaşması, böyük şirkətlərlə əməkdaşlıq və s. ən yüksək səviyyədədir.

- Fərid müəllim, bir ekosistemin ən böyük göstəricilərindən biri də, o ekosistemdən çıxan “unicorn”ların (dəyəri 1 milyardı ötən startap) sayıdır. Sizcə Azərbaycandan “unicorn” çıxacaqmı?

- Bəli çıxacaq. Bunun hansı şirkət olacağını və təxminən nə zaman olacağını da təxmin edirəm. Bu arada bildirim ki, ölkəmizdə artıq “unicorn dadı” görmüş investorlar da var. Onlar xarici startaplara ilkin etdikləri yatırımlarla bugün dəfələrlə yüksək gəlirlilik əldə etmişlər.

- Fərid bəy, ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı üçün planlarınız varmı?

- Əslində hal-hazırda diqqətim daha çox portfelimizdəki startaplar üzərindədir. Amma elə bu müsahibə ilə Azərbaycanda “Technovate Mələk İnvestorlar Klubu”nun yaradıldığını elan etmək istərdim. Klubumuzu ilk dəfə elə ilk üzvlərlə birlikdə "Lotfi Zadeh Technology Center"-də 18 apreldə baş tutmuş görüşümüzdə təməlini qoyduq. Bu müsahibəni oxuyan, risk etmək həvəsi yüksək olan, ildə təxminən 10-50 min dollar məbləği qlobal startaplara yatırtmaq istəyən, qarşılığında 10, 100, bəzən hətta 1000 dəfə çox gəlir əldə etmək istəyən, amma alınmasa da o pulu itirməyi göz önünə alan, dünyanın müsbət dəyişimində rol almaq istəyən soydaşlarımızı bu kluba qoşulmağa çağırıram. Bu klub mənim üçün yeni deyil. Belə ki, biz startaplarımıza “Sand Hill Angels”, “Sacramento Angels” və s. bu tip klublardan vəsaitlər cəlb etmişik. Onların bəzilərinin də üzvüyəm. Əlbəttə ki, bizim bu klub Amerikadakılar ilə müqayisədə ölçü baxımından olduqca kiçik olacaqdır, amma bu ölkəmizdə mələk investisiyası riskini götürmək istəyən investorlar üçün yaradılacaq ekosistem baxımından çox vacib addımdır. Kluba üzvlük individual olaraq qiymətləndirilir. Müraciət etmək üçün www.technovateangels.com səhifəsi üzərindən məlumatları doldurub qeydiyyatdan keçmək lazımdır. İlk öncə klubda bəlli saya çatdıqdan sonra məzmunca zəngin olacaq təlimlər, vebinarlar keçirməyi düşünürəm. Yerli investorlarımızın xarici investorları dinləməsini, onların təcrübələrini öyrənməsi çox vacib nəaliyyət olacaq.Sonra isə klubumuza üzv olan investorlar Technovate-ə dünyanın istənilən nöqtəsindən müraciət etmiş və Technovate-in  “süzgəcindən” keçən startaplara, müstəqil olaraq investisiya etmək imkanı veriləcək.

- Fərid müəllim, Klubun üzvləri sizin onlara təqdim etdiyiniz startaplara necə investisiya edəcəklər, dediyiniz kimi onların bir çoxu ABŞ-da qeydiyyatdan artıq keçmiş şirkətlər olacaq?

- Təşəkkür edirəm suala görə. Biz investorlarımıza startapın mütləq qiymətini müəyyən etmədən, habelə bu qiymətə qiymətləndirmə maksimumu təyin etməklə pay alqı-satqısı həyata keçirməyi mümkün edən SAFE müqaviləsi ilə investisiya imkanı yaradırıq. Bu müqavilə çərçivəsində investorlar hələ ən ilkin mərhələdə olan şirkətə investisiya etdikləri üçün onların indi edəcəyi investisiya gələcəkdə şirkətin əldə edəcəyi investisiyalar zamanı şirkət qiymətləndirilməsinə uyğun, lakin maksimum hədd təyin etməklə qiymətləndiriləcək.

- Fərid müəllim, klubun davamlı fəaliyyətini necə qurmağı planlaşdırırsınız?

- Qeyd etmək istədim ki, Kluba rəhbərliyi üçün bu sahədə biliyinə çox güvəndiyim, eyni zamanda investisiya və texnaloji sahədə 10 ildən çox təcrübəsi olan Orxan Bağırova təklif etdim və o da razılaşdı. Orxan Bağırov hazırda İnvestAZ İnvestisiya Şirkətində və GoldenPay şirkətində Müşahidə Şurasının üzvüdür. Klubun idarəçiliyi digər məsələlər onun nəzarətində olacaq. Klubun cari işləri ilə məşğul olması üçün katibliyi də olacaq. Mən isə harda olmağımdan asılı olaraq investorlara lahiyələrin gəlməsi, onların inkişafı və məlumatlandılmasında aktiv iştirak edəcəyəm.

- Sizə bütün lahiyələrinizdə uğurlar arzu edirəm. Ümid edirəm ki, klub da, startaplar da gözlənilən nəticəni verər!

- Təşəkkür edirəm. 2006-cı ildə, 22 yaşımda Amerikadan ölkəmizə müsbət işlər görmək arzusu ilə gəldim. Ətrafımızda topladığımız komandamızla Azərbaycanda ilk rəqəmsal ödəniş vasitəsini yaratdıq. Bugün əhalimiz və şirkətlərimiz gördüyümüz işlərdən bəhrələnir. 2019-cu ildə isə artıq dünyaya faydalı işlər görmək arzusu ilə ABŞ-a qayıtdım. Həmvətənlərimızdən müsbət enerji və mənəvi dəstək gözləyirəm. Harada olsaq da, Sizlərin fəxri olmaq üçün əlimizdən gələni edirik. Gözəl xəbərlərimiz olacaq. Hər kəsə təşəkkürlər və uğurlar.

(Marja)

Banner
  • Azərbaycan
  • Fərid İsmayılzadə
  • investorlar
  • startap
  • gəlir
  • Technovate Mələk İnvestorlar Klubu
Paylaş

Digər xəbərlər

Azərbaycanın ilk vençur fondu artıq 3 startapa - İNVESTİSİYA EDİB
Startaplar 24 May 2023
Azərbaycanın ilk vençur fondu artıq 3 startapa - İNVESTİSİYA EDİB
«McDonald's»da yatırdı, bir sendviçi 4 günə yeyirdi, indi milyonçudur - Azərbaycanlı ABŞ-da milyonluq startapı necə qurdu? – MÜSAHİBƏ
Startaplar 22 May 2023
«McDonald's»da yatırdı, bir sendviçi 4 günə yeyirdi, indi milyonçudur - Azərbaycanlı ABŞ-da milyonluq startapı necə qurdu? – MÜSAHİBƏ
Kirayə bağ evi axtaranlar üçün – YENİ STARTAP İŞƏ DÜŞDÜ
Startaplar 12 May 2023
Kirayə bağ evi axtaranlar üçün – YENİ STARTAP İŞƏ DÜŞDÜ
Daha 3 mikro və kiçik sahibkara - “Startap” Şəhadətnaməsi Verilib
Startaplar 5 May 2023
Daha 3 mikro və kiçik sahibkara - “Startap” Şəhadətnaməsi Verilib
Azərbaycanlıların yaratdığı startap Sinqapurun dəniz nəqliyyatındakı tıxacı - 20% AZALDA BİLƏR
Startaplar 3 May 2023
Azərbaycanlıların yaratdığı startap Sinqapurun dəniz nəqliyyatındakı tıxacı - 20% AZALDA BİLƏR
“Startap” şəhadətnaməsi almış startaplar ilə bağlı bəzi məlumatlar - AÇIQLANDI
Startaplar 17 Aprel 2023
“Startap” şəhadətnaməsi almış startaplar ilə bağlı bəzi məlumatlar - AÇIQLANDI
Azərbaycanın məşhur startapı layihənin 10%-ni satışa çıxarıb – QİYMƏT 500 MİN DOLLAR
Startaplar 10 Aprel 2023
Azərbaycanın məşhur startapı layihənin 10%-ni satışa çıxarıb – QİYMƏT 500 MİN DOLLAR
Azərbaycanda daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Startaplar 10 Aprel 2023
Azərbaycanda daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
“Startup School”un açılış mərasimi keçirilib - FOTOLAR
Startaplar 4 Aprel 2023
“Startup School”un açılış mərasimi keçirilib - FOTOLAR
Həmtəsisçisi azərbaycanlı olan "Passion Punch 4" startapı - 4 MİLYON DOLLAR İNVESTİSİYA ALDI!
Startaplar 23 Mart 2023
Həmtəsisçisi azərbaycanlı olan "Passion Punch 4" startapı - 4 MİLYON DOLLAR İNVESTİSİYA ALDI!
"StartUp School" - FƏALİYYƏTƏ BAŞLAYIR
Startaplar 17 Fev 2023
"StartUp School" - FƏALİYYƏTƏ BAŞLAYIR
Daha 5 şirkətə “Startap” - ŞƏHADƏTNAMƏSİ VERİLDİ
Startaplar 9 Fev 2023
Daha 5 şirkətə “Startap” - ŞƏHADƏTNAMƏSİ VERİLDİ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Azerbaijan Coca - Cola Bottlers" işçi axtarır - VAKANSİYA
    21:04 1 İyun 2023
  • "Bakı Çayçəkici" işçilər axtarır - MAAŞ 1100-1300-2000-2500 MANAT - VAKANSİYALAR
    21:01 1 İyun 2023
  • "Yapi Kredi Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    20:58 1 İyun 2023
  • Gürcüstanda işləmək üçün işçi axtarılır - VAKANSİYA
    20:51 1 İyun 2023
  • Əliyev-Paşinyan görüşünün nəticəsi barədə - MƏTBUATA AÇIQLAMA
    20:36 1 İyun 2023
  • "Ziraat Bank Azərbaycan" ASC işçilər axtarır - VAKANSİYALAR
    20:32 1 İyun 2023
  • Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYALAR
    20:30 1 İyun 2023
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    20:26 1 İyun 2023
  • "Trawell Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:23 1 İyun 2023
  • "Azprotein Foods Group" işçi axtarır - MAAŞ 600-800 MANAT - VAKANSİYA
    20:19 1 İyun 2023
  • "Export From Japan" işçi axtarır - MAAŞ 700+ MANAT - VAKANSİYA
    20:16 1 İyun 2023
  • "Norm Sement" işçi axtarır - VAKANSİYA
    20:14 1 İyun 2023
  • “App Store”da il ərzində satışlar - $1,1 TRİLYONU KEÇDİ
    19:33 1 İyun 2023
  • Azərbaycanda 100-dən artıq internet provayderi var - NAZİRLİK AÇIQLADI
    19:31 1 İyun 2023
  • Lerikdə əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb - VİDEO
    19:22 1 İyun 2023
  • Oğuza diametri 25-30 millimetr olan dolu yağıb
    19:18 1 İyun 2023
  • “İnkişaf üçün Maliyyə” BOKT sürətlə böyüyür – MƏNFƏƏTİ 4 DƏFƏ ARTIB - HESABAT
    18:20 1 İyun 2023
  • Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinini - GÖRÜŞÜ BAŞLADI
    18:17 1 İyun 2023
  • Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - ŞƏRTLƏR
    18:11 1 İyun 2023
  • Azərbaycanda uçota alınan internet operator və provayderlərin sayı - MƏLUM OLUB
    18:02 1 İyun 2023
  • Bank VTB (Azərbaycan) - TENDER ELAN EDİR
    17:55 1 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:50 1 İyun 2023
  • Yelo Bank-ın dəstəyi ilə Gəncədə Uşaqlar Günü - QEYD EDİLDİ
    17:33 1 İyun 2023
  • Sumqayıtdakı məşhur müəssisə - HƏRRACA ÇIXARILDI - 4 MİLYON MANAT ÖDƏNİŞ EDİLMƏLİDİR
    17:27 1 İyun 2023
  • 246 min manatlıq elektrik malları sifarişi "Xəzər İnşaat KO" şirkətinə verildi
    17:27 1 İyun 2023
  • Xaricdə təhsil alan daha - 102 nəfərin diplomu tanınmayıb
    17:23 1 İyun 2023
  • "Amrahbank" ASC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:17 1 İyun 2023
  • Hər ağac 40-50 kq məhsul verir, 1 kiloqramının - QİYMƏTİ 2 MANATDIR - XARİCƏ SATACAQLAR
    17:10 1 İyun 2023
  • Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi - TENDER ELAN EDİR
    17:09 1 İyun 2023
  • Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb – MƏBLƏĞLƏR
    17:09 1 İyun 2023
  • Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
    16:58 1 İyun 2023
  • Azərbaycanda indiyə qədər özəlləşdirilən dövlət əmlaklarının sayı - AÇIQLANDI
    16:53 1 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - VƏFAT EDƏN OLMAYIB
    16:48 1 İyun 2023
  • Azərbaycanın Ukraynada - ŞƏRAB ZAVODU VAR
    16:44 1 İyun 2023
  • Rabitəbank uşaq evini - ZİYARƏT ETDİ
    16:36 1 İyun 2023
  • Dövlət agentliyi yeməkxana ləvazimatları alır - TENDER ELANI
    16:33 1 İyun 2023
  • VTB (Azərbaycan) kredit kampaniyasının - MÜDDƏTİNİ UZATDI
    16:27 1 İyun 2023
  • “Aqrar Fresh Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:25 1 İyun 2023
  • SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində uğurla təmsil olunur - FOTOLAR
    16:20 1 İyun 2023
  • Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO
    16:15 1 İyun 2023
  • "DOST" Agentliyi auditor seçib - TENDER NƏTİCƏSİ
    16:13 1 İyun 2023
  • "Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək"
    15:58 1 İyun 2023
  • Rusiyada Prezident aparatının əməkdaşlarına iPhone-dan istifadə - QADAĞAN OLUNUB
    15:51 1 İyun 2023
  • “Em Group SS" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    15:47 1 İyun 2023
  • 29 yaşlı oğlanın büdcəyə 2 milyon yarım borcu necə yaranıb? - MƏHKƏMƏ
    15:43 1 İyun 2023
  • 283 min manatlıq tender "Kaskad Hidro M" şirkətinə verildi
    15:40 1 İyun 2023
  • Azər Türk Bank uşaqlar üçün atb Junior kartını - TƏQDİM EDİR
    15:34 1 İyun 2023
  • "Aqro Təchizat Servis” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:31 1 İyun 2023
  • Bakı Baş Səhiyyə Mərkəzi 5 - TƏKLFİLƏR SORĞUSU ELAN EDİR
    15:25 1 İyun 2023
  • İnnovativ mükəmməlliyin tanınması: SAMSUNG 17-ci ildir ki, qlobal TV bazarına - LİDERLİK EDİR
    15:24 1 İyun 2023
  • Laçın Suvarma Sistemləri İdarəsinin tenderi - LƏĞV OLUNDU - SƏBƏB
    15:13 1 İyun 2023
  • ETSN: Köhnə avtomobillər 300-350, yeni avtomobillər 100-120 qram zərərli maddə buraxır
    15:12 1 İyun 2023
  • Rövşən Nəcəf: "SOCAR neft və qaz hasilatına investisiyaları artırıb"
    15:03 1 İyun 2023
  • “Clear”in sahibinin 2,3 milyonunu ələ keçirənə - AĞIR CƏZA
    14:58 1 İyun 2023
  • "Azsertcenter" MMC Azərbaycan Akkreditasiya Mərkəzini - MƏHKƏMƏYƏ VERİB - SƏBƏB
    14:50 1 İyun 2023
  • Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək - ÜNVANLAR
    14:48 1 İyun 2023
  • “Ricon” MMC-yə 151 manatadan çox sifariş – TENDER NƏTİCƏSİ
    14:42 1 İyun 2023
  • “GL LTD” neft-qaz şirkətində - TƏYİNAT
    14:42 1 İyun 2023
  • Azərbaycana gətiriləcək işlənmiş avtomobillər üçün utilizasiya haqlarının ilkin məbləğləri - AÇIQLANIB
    14:37 1 İyun 2023
  • Milli Məclis - TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
    14:31 1 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!